Bakıda "Uşaq Muzeyi Yaradaq" adlı beynəlxalq seminar başlayıb
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyində "Uşaq
muzeyi yaradaq" adlı beynəlxalq seminar
keçirilir. APA-nın məlumatına görə, seminar 18 may - Beynəlxalq Muzeylər Gününə
həsr olunmuş tədbirlər çərçivəsində
Qırğızıstan "Muzeylər Təşəbbüsü
Mərkəzi" ilə
birlikdə Bişkek və Bakı şəhərlərində aparıcı
muzeylərin bazasında
uşaq mərkəzlərinin
yaradılması
ilə bağlı hazırlanan layihə əsasında baş tutub. İki günlük beynəlxalq seminarda "Rusiyada və Avropada uşaq muzeyləri, tarixi və təcrübəsi", "İnteraktiv
muzey nədir?",
"Muzey marketinqi. Uşaq muzeylərində yeni xidmətlər" adlı məruzələr
oxunacaq və qruplar üzrə işlər təqdim olunacaq.