Səlim Müslümov:
"Pensiya islahatlarının
birinci mərhələsini
başa vurmuşuq"
Son 6 ildƏ minimum pensiya
6,6 DƏFƏ artıb
Ötən gün Bakıda Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) və BMT-nin İnkişaf Proqramının
(BMT IP) "DSMF-in potensialının gücləndirilməsi" layihəsi
çərçivəsində yaradılmış Avtomatlaşdırılmış
İdarəetmə Sisteminin
(AİS) təqdimatı keçirilib.
Tədbirdə Dövlət
Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov qeyd edib ki,
2003-cü il sentyabrın
17-də DSMF ilə BMT İP arasında "DSMF-in Potensialının
gücləndirilməsi layihəsi"
imzalanıb: "Hazırda
layihənin beşinci
mərhələsi həyata
keçirilir. Bu mərhələnin
məqsədi DSMF-in bütün
yerli şöbələrində
Avtomatlaşdırılmış İdarəetmə Sistemindən
səmərəli istifadəni
təmin etmək, informasiya kommunikasiya texnologiyaları əsasında
yeni idarəetmə sisteminin yaradılması,
ölkənin sığorta-pensiya
sisteminin müasirləşdirilməsi,
əmək pensiyalarının
hesablanması üçün
nəzərdə tutulan
fərdi uçot sisteminin tətbiqidir. Sığorta-pensiya sistemində
İKT-in və Avtomatlaşdırılmış
İdarəetmə sisteminin
tətbiqi DSMF-ə yerli
şöbələrin iş
keyfiyyətinin yeni mərhələyə qaldırılmasına
imkan verir. Bu yəqin ki, sonuncu mərhələ olacaq və ondan sonra yeni
bir proqramın icrasına başlanacaq".
Onun sözlərinə
görə, saziş çərçivəsində sosial sığorta, pensiya islahatları üçün Azərbaycan
hökuməti tərəfindən
ayrılan kreditin məbləği müəyyənləşib:
"Layihənin ümumi
büdcəsi 11 milyon
dollardır. Bunun 9 milyon dolları DSMF-in, 2 milyon dolları isə BMT-nin İnkşaf Proqramının
qrantı olub. ?Sosial Müdafiə Fondu Dünya Bankı ilə birgə pensiya sosial yardım layihəsi çərçivəsində
6 milyon 500 min dollarlıq
layihə həyata keçirib. Bu layihə növbəti ilin əvvəlinə qədər
davam edəcək. 6 milyon 500 min dolların 5 milyon dolları Dünya Bankının krediti şəklində layihəyə qoyulub. 1 milyon 500 min dolları fondun büdcəsi hesabına maliyyələşdirilib.
İki layihə çərçivəsində dəyəri 17 milyon 500
min dollarlıq işlər
icra olunub. Nəticədə bir sıra nailiyyətlər əldə edilib".
Sədrin sözlərinə
görə, sosial sığorta kartlarının
çap mərkəzi
yaradılıb. "Yerli
şöbələr üçün
70-dən çox yeni
binanın tikintisi, əsaslı təmiri aparılıb. İlin sonuna qədər bu prosesi tam başa çatdıracağıq.
Ölkədə bir dənə də olsun köhnə ofisimiz qalmayacaq. Bütün rayonlarda yeni şöbələrimiz,
avtomatlaşdırılmış iş yerləri mövcud olacaq. Ola bilsin Bakı şəhərində bir
neçə rayonda problemlərimiz yaransın.
Bu xüsusilə Səbayel,
Yasamal rayonları üçün xarakterikdir.
Çünki orada yer baxımından problemlərimiz var".
Onun sözlərinə
görə, avtomatlaşdırılmış
idarəetmə sisteminə
keçidlə DSMF kağız
üzərində işlərdən
elektron fəaliyyətə
keçmək imkanı
əldə edib:
"Bu isə rəsmiləşmələrin
daha dəqiq aparılmasına və onların istənilən zaman əldə edilməsinə şərait
yaradıb. Hazırda layihə çərçivəsində
DSMF-in mərkəzi ofisi
ilə regional və
rayon şöbələri arasında səmərəli
rabitə əlaqəsinin
qurulması istiqamətində
işlər görülür.
Bu məqsədlə fondun
rayon şöbələrində beynəlxalq standartlara cavab verən iş yerləri yaradılıb, müasir informasiya kommunikasiya texnologiyaları tətbiq edilib. Bundan əlavə, layihə çərçivəsində DSMF-in Mərkəzi Arxivi və Tədris Mərkəzi yenidən qurulub istifadəyə verilib. Mərkəzi Arxiv az yer
tutan, eyni zamanda daha çox
sənədin saxlanmasına
imkan verən ən müasir texnologiya ilə təchiz edilib. Ən son texnologiya ilə təhciz edilmiş Tədriz Mərkəzi həm baş ofisin, həm də regionla şöbələrin
əməkdaşları üçün
təlim kurslarının
təşkili məqsədi
ilə yaradılıb".
Məqsədlərdən danışan
S.Müslümov bildirdi
ki, qarşıda sosial sığorta və pensiya təminatının səmərəliliyinin
yaxşılaşdırılması, o cümlədən yeni pensiya sisteminə keçidin üstünlüklərini,
mexanizmlərini, dəyərini,
müddətlərini əks
etdirən konsepsiyanın
tərtib edilməsi nəzərdə tutulub:
"Beynəlxalq Sosial
Təminat Assosiasiyası
ilə danışıqlar
aparırıq. EKO dövlətləri
üçün Bakıda
sosial sığorta, pensiya məsələləri
üzrə regional tədris
treninq mərkəzinin
yaradılması barədə
razılığa gəlməyə
çalışırıq".
Fondun əldə
etdiyi nailiyyətlərin
rəqəmli ifadəsinə
gəlincə, S.Müslümov
2003-cü illə 2009-cu illər
arasında fərqləri
açıqladı: "2003-cü ildə aktivlərimiz cəmi 4,24 milyon AZN-lə ifadə edilirdisə, altı il ərzində bu 26 dəfə artaraq 110 milyon manata çatıb. Daxilolmalarımız 6 dəfə,
məcburi dövlət
sosial sığorta haqları 7 dəfə artıb. Əgər
2003-cü ildə 29 faiz
sosial sığorta dərəcəsi ilə
181,5 milyon manat vəsait yığmışdıqsa,
2009-cu ildə 25 faiz dərəcəsi ilə
1 milyard 273,6 milyon manat məcburi sosial sığorta haqqı yığılıb.
Dövlət büdcəsindən
transfertlərin artmasına
baxmayaraq, xüsusi çəkisi aşağı
düşüb. 2003-cü ildə transfertlərin çəkisi 40,8 faiz idisə, hazırda 28 faizə enib. Xərclərimiz də gəlirlərimiz qədər
artıb. Bu xərclərdən
?pensiyaların maliyyələşdirilməsi
üçün 6 il əvvəl 170 milyon manat ödənilirdisə,
cari ildə həmin rəqəm 1 milyard 653,6 milyon manata çatacaq. Ötən müddətdə
minimum pensiya 6,6 dəfə
artaraq 11 manat 36 qəpikdən 75 manata yüksəlib".
Fond sədrinin
sözlərinə görə,
həyata keçirilən
tədbirlər nəticəsində
hər bir pensiyaçının pensiyasının
ödənməsinə nəzarət
sistemi mövcuddur:
"Bütün pensiyaçılarımızın
82,8 faizi, ödənişdə
olan pensiyaçılarımızın
isə 96 faizə qədəri öz pensiyalarını plastik kartlar vasitəsilə alır. Beləliklə də pensiya islahatlarının birinci mərhələsini başa
vurmuşuq. Növbəti
mərhələ 2009-2015-ci illəri əhatə edəcək. Bu müddət
üçün sığorta
pensiya sisteminin inkişafı üzrə
dövlət proqramı
təsdiq edilib. DSMF bu proqramın reallaşdırılmasında da
Dünya Bankı və BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq
edəcək".
Tədbirdə BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Bruno Pueza da iştirak
edib. O, bildirib ki, təmsil etdiyi qurum Azərbaycan
hökumətinin bir neçə il əvvəl ölkənin
pensiya sığorta sisteminin XXI əsrin tələblərinə uyğunlaşdırılması
üçün yardım
göstərilməsi ilə
bağlı müraciətinə
həvəslə cavab
verib: "Hamımız
üçün etibarlı
bir pensiya sisteminin olması çox mühüm bir amildir. Biz Azərbaycanda pensiya təminatı sahəsində
aparılan islahatlardan
razıyıq. Ümid
edirik ki, bu sahədə görülən işlər,
yeni məlumat bazasının yaradılması
pensiya sahəsində
şəffaflığın təminatı üçün
mühüm şərait
yaradacaq. Hazırkı
şəraitdə biz Azərbaycanı
başqa ölkələrə
nümunə göstərə
bilərik. Ancaq təkmilləşmə hələ
davam etməlidir".
Tədbirdə qeyd edilib ki, layihə
çərçivəsində əldə olunan nailiyyətlər və ümumiyyətlə Azərbaycanda
həyata keçirilən
pensiya islahatının
uğuru cari ilin mart ayının 30-da Yunanıstanın paytaxtı
Afinada Birləşmiş
Millətlər Təşkilatının
İnkişaf Proqramı
və London iqtisadiyyat
və Siyasi Elmlər Məktəbinin birgə təşkil etdiyi "Keçid dövrü: idarəetmə
və inkişaf problemləri" adlı beynəlxalq forumda Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov tərəfindən
təqdim olunub. Azərbaycanda aparılan islahatların və tətbiq olunan idarəetmə üsullarının
region üçün əhəmiyyəti
nəzərə alınaraq
Azərbaycan tərəfi
əsas çıxışçılardan
biri kimi bu tədbirə dəvət edilib. Forumda BMT Baş katibinin müavini, BMT
İP-in Avropa və
MDB ölkələri üzrə
regional direktoru Kori Udoviçki, BMT-in və Dünya Bankının nümayəndələri, Yunanıstan
hökumətinin üzvləri,
Şərqi Avropa və Orta Asiyadan
nümayəndə heyətləri
iştirak edib və Azərbaycanın uğurunu xüsusi vurğulayıb.
Ülkər NƏBİYEVA
525-ci qəzet.- 2009.- 5 may.- S.6.