Sahibkarlar Konfederasiyasının ikinci qurultayı keçirilib
Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
(ASK) Təşkilatları Milli Konfederasiyasının II
Qurultayı keçirilib. Qurultayda 365 seçilmiş nümayəndədən
324 nəfəri iştirak edib. ASK-in mətbuat xidmətindən
bildiriblər ki, tədbirə həmçinin dövlət
orqanlarının, xarici səfirlik və nümayəndəliklərin
təmsilçiləri qatılıb: "Qurultayda ASK-nın
2005-2009-cu illər üçün fəaliyyətinin
hesabatı və Təftiş-Nəzarət
Komissiyasının hesabatı dinlənilərək məqbul
hesab edilib, Konfederasiyanın İdarə Heyətinin və Rəyasət
Heyətinin yeni tərkibi, prezidenti və vitse-prezidenti, Təftiş-Nəzarət
Komissiyasının yeni tərkibi seçilib. Qurultay
iştirakçıları adından Azərbaycan
Respublikası Prezidentinə müraciət qəbul edilib. Tədbirdə
həmçinin Azərbaycan Respublikasında
sahibkarlığın inkişaf etdirilməsində, ölkədə
sosial dialoqun gücləndirilməsində, sahibkarların
hüquqlarının müdafiəsində göstərdiyi
xidmətlərə görə bir sıra dövlət
nümayəndələri, sahibkarlığın təbliğində
göstərdiyi xidmətlərə görə bir sıra
media qurumları və nəhayət Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının? yaranması
və inkişafında göstərdiyi xidmətlərə
görə bir çox iş adamları diplomlarla təltif
edilib.Ələkbər Məmmədov yekdilliklə ASK-nın
prezidenti seçilib".
Ülkər NƏBİYEVA
525-ci qəzet.- 2009.- 5 may.- S.6.