Amerika Bioqrafiya İnstitutu azərbaycanlı akademiki "İlin adamı" seçib

 

Amerika Bioqrafiya İnstitutu (ABİ) Təhsil Problemləri İnstitutunun direktoru, akademik Abdulla Mehrabovu 2009-cu ilin Adamı elan edib. Bununla bağlı ABİ-nin prezidenti J.M.Evansın göndərdiyi təbrik məktubunda həyat əhəmiyyətli töhfələrinə və işlərinə görə A.Mehrabovun bu mükafata layiq görüldüyünü bildirib: "Amerika Bioqrafiya İnstitutu sizi 40 illik araşdırma və nəşrlərə əsaslanan çox mühüm bioqrafik məlumat mənbəyindən seçib. "İlin Adamı" titulunu əldə etmək həqiqətən də çox şərəf və nailiyyətdir. Bu titul öz sahibinin liderlik nümunəsi, cəsarətli, təşəbbüskar və humanist bəsirətli, görkəmli elm xadimi olduğunu göstərir. Azərbaycan üzrə "İlin adamı" medalı sizin adınıza layiq, sizin istədiyiniz şəkildə hazırlanıb. İnstitutumuz 2009-cu il ərzində bütün dünyada yalnız 50-yə yaxın insanı bu şərəfə layiq görub. Azərbaycan Sizin kimi örnək bir vətəndaşa malik olduğu üçün qürur duymalıdır. Sizin medalınız xüsusi olaraq Birləşmiş Ştatların Sikkəxanasında hazırlanıb. Dünyada bu medalın analoqu yoxdur və olmayacaq. Medal öz üzərində həkk edilmiş incə naxışlar, əntiq qızılla tamamlanması, qoruyucu zərgərlik təbəqəsi və atlasdan olan boyun lenti ilə çox zərif bir görünüşə malikdir. Bu medallar məhdud sayda olduğundan sizə medalla birlikdə onun buraxılış nömrəsini göstərən perqament üzərində bildiriş də göndəriləcək.

İlin Adamı titulu özünü təsdiq etmiş şəxslərə aiddir. İnstitutumuzun bu medalı tərtib etməkdə rəmzi məqsədi səmimi, öz fəaliyyəti ilə qloballaşan cəmiyyətdə, birliklərdə başqalarını uğur qazanağa həvəsləndirən insanları tanımaq və tanıtmaqdan ibarətdir".

Təhsil Problemləri İnstitutunun elmi-pedaqoji kollektivi və "Təhsil problemləri" qəzetinin yaradıcı kollektivi də akademik Abdulla Mehrabovu "İlin adamı" seçilməsi münasibətilə təbrik edib.

 

 

525-ci qəzet.- 2009.- 5 may.- S.3.