"A-dan Z-yə telexəbər"
kitabının təqdimatı
keçirildi
Dünən Azərbaycan
Media Mərkəzində Bakı Dövlət Universitetinin
radio və televiziya kafedrasını müəllimi Zeynal Məmmədlinin
müəllifi olduğu "A-dan Z-yə telexəbər"
kitabının təqdimat mərasimi keçirilib.
"Yeni Nəsil"
Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib ki, bu kitab
müəllifin ağır zəhməti nəticəsində
ərsəyə gəlib. Onun sözlərinə görə,
kitab indiki jurnalistika fakültələrində oxuyan tələbələr
və televiziyalarda çalışan jurnalistlər
üçün praktik vəsaitdir.
Kitabın elmi redaktoru,
professor Qulu Məhərrəmli bildirib ki, tələbələr
imtahan vaxtı hər hansı ədəbiyyat əldə edəndə
onlar üçün bayram olur. Onun dediyinə görə, bu,
tələbələrin axtardığını verə biləcək
bir kitabdır: "Bugünkü telejurnalistlər
üçün hazır reseptlərin verilməsi çox
çətindir. Eyni zamanda onların konkret bir şəraitdə
necə hərəkət etmələri diqqət çəkən
məsələlərdən biridir. Bu kitabda müəllif
konkret məsələni göstərib və onunla
bağlı bir neçə resept göstərib. Kitabda TV xəbərləri
və ümumən xəbər jurnalistikası ilə
bağlı gərəkli bilgilər əksini tapıb. Burada
televiziya xəbərlərinin planlaşdırılması,
çəkilişi, montaj və bununla bağlı digər məqamlara
diqqət yetirilib və bütövlükdə telexəbərlərin
menecmetindən söz açılıb".
Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsinin müəllimi Akif
Rüstəmovun sözlərinə görə, telexəbərin
balanslı şəkildə verilməsi kitabda əksini
tapıb. Onun fikrincə, kitab jurnalistlərin və tələbələrin
peşəkarlıq səviyyələrinin
artırılması istiqamətində əhəmiyyətli
rol oynacaq.
Zeynal Məmmədli
özü isə deyib ki, kitabın oxunaqlı olması
üçün sadə yazılması vacibdir. O, vəziyyətin
dəyişməsindən asılı olaraq, hər zaman
kitabın aktuallığının saxlanmasının
vacibliyini qeyd edib: "Bu-günkü telexəbərlərə
diqqət saldıqda və eyni zamanda telejurnalistlərin peşəkarlıq
səviyyəsini nəzərə aldıqda bir sıra suallar
ortaya çıxır. Fikrimcə, əxlaqlı jurnalistlər
doğru xəbəri yazmaq üçün bu kitabdan öyrənə
bilərlər".
BƏXTİYAR
525-ci qəzet.- 2009.- 5 may.- S.3.