Heydər Əliyevə
həsr olunan interaktiv mühazirə keçirilib
Dünən Bakı
Slavyan Universitetində (BSU) "İrəli" İctimai
Birliyinin təşəbbüsü ilə "Öndərimizin
yolundayıq" devizi altında keçirilən Heydər Əliyev
həftəsi çərçivəsində interaktiv
mühazirə təşkil olunub. Tədbirdə
çıxış edən BSU-nun rektoru, professor Kamal Abdulla
deyib ki, ümummilli lider Heydər Əliyev unikal bir siyasi məktəbin,
mükəmməl dövlətçilik və idarəçilik
sisteminin banisidir: "Heydər Əliyev ideoloji-siyasi irsin
müəllifi kimi əbədiyaşarlıq qazanıb. O, həyatını
Azərbaycana, xalqın firavan gələcəyinə həsr
edib. Onun böyüklüyünü bu gün hər kəs
etiraf edir və illər keçdikdə daha dərindən
anlayır".
"İrəli"
İctimai Birliyinin sədri Ceyhun Osmanlı tədbirin
keçirilməsinə şərait yaratdığına
görə BSU-nun rəhbərliyinə təşəkkürünü
bildirib. O deyib ki, ölkənin aparıcı ali təhsil
müəssisələrindən biri olan BSU-da H.Əliyevin
xatirəsi hər zaman uca tutulur.
Nəsimi Rayon İcra
Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev
qeyd edib ki, H.Əliyevin apardığı məqsədyönlü
siyasət nəticəsində Azərbaycanda siyasi sabitlik bərqərar
olub, ölkə inkişaf yoluna qədəm qoyub.
Tədbirdə Milli Məclisin
İqtisadi siyasət daimi komitəsinin sədri Ziyad Səmədzadə
"Heydər Əliyev - liderlikdən ümummilli liderliyə
gedən yol", millət vəkili Məlahət Həsənova
"Heydər Əliyev haqqında bilmədiklərimiz",
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri
Ramil Həsənov "Heydər Əliyev- gəncliyin xatirələri"
adlı məruzələrlə çıxış ediblər.
S.QARAYEVA
525-ci qəzet.- 2009.- 5 may.- S.2.