Yunus Oğuz "Təhmasib şah"ı tamamlayıb

 

Türkoloq alim, tanınmış yazıçı Yunus Oğuz yeni romanı üzərində işi başa çatdırıb ("Olaylar"). "Təhmasib şah" adlanan tarixi roman Səfəvilər imperiyasının ikinci hökmdarı, Şah İsmayıl Xətainin oğlu, 52 il hökmdarlıq etmiş Azərbaycanı bütövləşdirmiş I Təhmasibin həyat fəaliyyətindən bəhs edir. Əsərdə Səfəvi hökmdarları arasında ən uzun müddət şahlıq etmiş Təhmasibin xarakteri, dini dünyagörüşü, dövlət xadimi kimi xüsusiyyətləri açılır, eyni zamanda dövrün ziddiyyətli, mürəkkəb hadisələri qələmə alınır. Roman yaxın günlərdə çapa veriləcək.

 

 

525-ci qəzet.- 2009.- 6 may.- S.7.