Ramiz və Əyyub Quliyevlər Kalininqradda beynəlxalq festivala qatılacaqlar
Mayın 6-dan iyunun 5-dək Rusiyanın Kalininqrad Dövlət Filarmoniyasında "Kəhrəba
boyunbağı" XXIV Beynəlxalq
İncəsənət Festivalı
keçiriləcək. Azərbaycanı
ilk dəfə olaraq bu festivalda
xalq artisti, tarzən Ramiz Quliyev və beynəlxalq müsabiqələr
laureatı, dirijor Əyyub Quliyev təmsil edəcək. Ə.Quliyev APA-ya bildirib ki, onun
dirijorluğu altında
Kalininqrad Dövlət
Filarmonik Orkestri F.Şubert, A.Dvorjak və S.Prokofyevin əsərlərini səsləndirəcək.
Professor Ramiz Quliyev isə
Azərbaycan bəstəkarları
Ü.Hacıbəyli, Q.Qarayev,
F.Əmirov və başqalarının əsərlərini,
muğamları, həmçinin
Qərb bəstəkarlarının
klassik əsərlərinin
tar və orkestr üçün işləmələrini ifa
edəcək.