"Heydər Əliyev Azərbaycan kinosu" mövzulu tədbir keçirilib

 

Dünən Dövlət Film Fondunun yeni binasında Heydər Əliyevin anadan olmasının 86 illiyi münasibəti ilə "Heydər Əliyev Azərbaycan kinosu" mövzusunda tədbir təşkil edilib. APA-nın məlumatına görə, tədbirdə fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Xamis Muradov, kinoşünas Aydın Kazımzadə, xalq artisti Hacı İsmayılov başqaları mövzu barədə fikirlərini bölüşüblər. Onlar ötən əsrin son 30 ili ərzində yeni əsrin əvvəlində Heydər Əliyevin milli kino üçün kadrların hazırlanması, kinostudiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə gördüyü işlər, onun dövründə bilavasitə təşəbbüsü ilə yaradılan filmlər haqqında söz açıblar. Tədbirdə Heydər Əliyevlə bağlı hazırlanmış xüsusi videoçarxlar göstərilib. Fondun foyesində Heydər Əliyevin fotoşəkillərindən ibarət sərgi açılıb. Tədbirin sonunda xalq artisti Vaqif Mustafayevin Heydər Əliyevə həsr olunmuş sənədli serialından "Əsl məhəbbət haqqında" filmi nümayiş etdirilib.

 

  

525-ci qəzet.- 2009.- 7 may.- S.7.