Heydər Əliyevin
86 illiyinə həsr olunan elmi konfrans
keçirilib
Dünən İqtisad
Universitetində ümummilli lider Heydər Əliyevin anadan
olmasının 86 illiyinə həsr edilən "Dünyada
baş verən iqtisadi tendensiyalar: Azərbaycanın rolu və
yeri" mövzusunda elmi konfrans keçirilib. İqtisad
Universitetilə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər
Birliyinin birgə təşkil etdiyi konfransı giriş
sözü ilə açan Birlik sədri Ramil Həsənov
bildirib ki, Heydər Əliyevin hakimiyyəti dövründə
gənclərə hər zaman böyük diqqət və
qayğı göstərilib. Onun sözlərinə görə,
ümummilli liderin yaratdığı bu ənənə indi də
ölkə rəhbərliyi tərəfindən davam etdirilir:
"YAP Gənclər Birliyi də öz növbəsində
bu sahədə üzərinə düşən vəzifələri
layiqincə yerinə yetirməyə çalışır.
YAP icra katibinin
müavini Mübariz Qurbanlı Heydər Əliyevin doğum
günü ərəfəsində belə bir konfransın
keçirilməsini yüksək qiymətləndirib. O,
vurğulayıb ki, H.Əliyev hakimiyyətə gəldikdən
sonra bütün sahələrə olduğu kimi,
iqtisadiyyatın inkişafına da böyük önəm
verib və bu yöndə ardıcıl irəliləyişlərə
nail olub.
Tədbirin əhəmiyyətindən
danışan millət vəkili Arif Rəhimzadə bildirib ki,
Heydər Əliyevin 86 illiyilə yanaşı, bu ərəfədə
ümummilli liderin ilk dəfə Azərbaycanda hakimiyyətə
gəlişinin 40-cı ildönümü tamamlanır:
"1990-cı illərin əvvəllərində ölkədə
vətəndaş qarşıdurmasının, Ermənistanın
işğalçılıq siyasətinin tüğyan etdiyi
bir dövrdə yenidən hakimiyyətə gələn Heydər
Əliyev ölkədəki neqativ proseslərə son qoydu,
respublikanı inkişaf yoluna çıxardı".
Elmi konfransın sonunda
bu mövzuda keçirilmiş qaliblərin
mükafatlandırma mərasimi olub. Aprelin 10-dan başlayan məqalə
müsabiqəsində gənc alim, bakalavr, magistr və
aspirantlar iştirak ediblər. İlk 3 yeri tutan gənclərə,
həmçinin 10 həvəsləndirici mükafata layiq
görülənlərə Gənclər Birliyi və
İqtisad Universitetinin pul mükafatları, fəxri diplomlar təqdim
olunub.
525-ci qəzet.- 2009.- 7 may.- S.3.