"Gənc Ədiblər"in "Ulduz"u
parladı
Bu günlərdə "Ulduz" jurnalının aprel sayı işıq üzü görüb. Məlum olduğu kimi, jurnalın budəfəki nömrəsi Gənc Ədiblər Məktəbi (GƏM) üzvlərinin ixtiyarına verilib. "Ulduz" jurnalının baş redaktor müavini şair Qulu Ağsəsin "Yazılarından balaca və böyük uşaqlar" adlı önsözü ilə açılan bu sayda gənclərin bədii yaradıcılıq nümunələri həm "Poeziya", həm də "Proza" bölməsində təqdim olunub.
İlk bölümdə Fərhad Mete, Feyziyyə, Əli, Qismət, Aysel Əlizadə, Vüsal Nuru, Anar Amin, Elnaz
Eyvazlı, Fərid, Cahad Göyçəli, Bahadur, Aysel Əliyeva, Leyla Şərifova, Mirbəhram
Əzimbəyli, Günel
Eminli, Vəlixan Abdullayev, Günel Rüstəmova, Aytən Təhmasib, İlkin Nadirov, Günay və Rəbiqənin şeirləri yer alıb.
GƏM-in üzvü
Elnura Cavadzadənin "Vaxtında deyək" publisistik
yazısı "Gənc Ədiblər"in rəhbəri,
Yazıçılar Birliyinin katibi Rəşad Məcidə həsr
olunub. Müəllif R.Məcidin gənc qələm sahiblərinə
göstərdiyi diqqət və qayğıdan səmimiyyətlə
söz açıb. "Biz sizdən öyrənirik"
yazan E.Cavadzadə AYB katibinin gənclərdə
"özünəinam formalaşdıra biləcək qədər
güclü" olduğunu önə çəkib.
Jurnalın
"Proza" bölməsində Elxan Qaraqanın "Damdan
aşağı", "Şeytanın duası",
"Soyuducudan məktub", Cavid Zeynallının
"Yazıçı və "Koka-kola", "Səfər",
Ülviyyə Heydərovanın "Xəzərin
dostları", "Ana və uşaq", Nahidin "Dəmir
qapı", "Bu hekayəni oxumağa qorxdular",
"Ulduza dönən adam", Ziyad Quluzadənin "Xoş
və utanc dolu gecə", Səməd Səfərovun
"Afrikasayağı xaçapuri", Sevinc Mürvətqızının
"Bağlı qapıların ardı", Elbrus Ərudun "Əhli
və Ağabəyim", "Qaz yumurtası", Zərdüşt
Səksənaltının "Mahmudsuzluq" və Orxan
Muxtarlının "Həyatın qanunu" hekayələri
işıq üzü görüb.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2009.- 9 may.- S.23.