"Ölkəm"in
bəstəkarının xatirəsi
anılıb
MUSİQİ İCTİMAİYYƏTİ ASƏF
ZEYNALLININ 100 İLLİYİNİ QEYD EDİB
Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında Mədəniyyət
və Turizm Nazirliyinin, Bəstəkarlar
İttifaqının birgə
təşkilatçılığı ilə görkəmli bəstəkar, milli romans janrının banisi Asəf Zeynallının 100 illiyinə
həsr olunmuş yubiley gecəsi keçirilib.
Mərasimdə
çıxış edən professor Ramiz Zöhrabov ölməz
bəstəkar A.Zeynallının qısa, amma mənalı
yaşanan ömür yolundan,
yaradıcılığının əhəmiyyətindən
söz açıb: "1909-cu ildə Dərbənddə
dünyaya göz açan A.Zeynallı 1929-1931-ci illərdə
Bakı Türk İşçi Teatrında musiqi şöbəsinin
müdiri və Azərbaycan Proletar Musiqiçiləri
Birliyinin sədri işləyib. Qara Qarayev və Tofiq Quliyev
kimi tanınmış bəstəkarlar bir müddət onun tələbəsi
olublar. Azərbaycan musiqi tarixində ilk romanslar məhz Asəf
Zeynallının adı ilə bağlıdır".
Gecədə
çıxış edənlər bəstəkarın
Bakı Türk İşçi Teatrında oynanılan bir
çox əsərlərə musiqi bəstələdiyini,
"Uşaq süitası" əsəri ilə ilk dəfə
Azərbaycan musiqi tarixində uşaq musiqisi
repertuarının əsasını qoyduğunu bildiriblər.
A.Zeynallının bir neçə xalq mahnısını nota
saldığı da tədbirdə qeyd edilib.
Mərasimə
toplaşanlar əsərləri indi də sevilə-sevilə
oxunan və dinlənilən bəstəkarın xatirəsinin
daim yaddaşlarda yaşayacağına əminliklərini dilə
gətiriblər.
Gecədə əməkdar
incəsənət xadimi Fəxrəddin Kərimovun
dirijorluğu ilə Ü.Hacıbəyov adına Dövlər
Simfonik Orkestrinin, müxtəlif musiqi kollektivlərinin
ifasında A.Zeynallının əsərləri səsləndirilib.
SARA
525-ci qəzet.- 2009.- 9 may.- S.23.