"Dədə Qorqud"
və "Koroğlu"
dastanları Macarıstanda
çap olunub
Macarıstanda Azərbaycan
folklorunun ən möhtəşəm epik
abidələrindən olan
"Dədə Qorqud
Kitabı" və
"Koroğlu" dastanları
"Azərbaycan qəhrəmanlıq
eposu" seriyasından
nəfis şəkildə,
yüksək poliqrafik
tərtibatla işıq
üzü görüb.
Nəşrlər Azərbaycan
Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun və mərkəzi Macarıstanda
yerləşən Avropa
Folklor İnstitutunun elmi əməkdaşlığı,
Azərbaycanın Macarıstandakı
səfirliyinin dəstəyi
sayəsində ərsəyə
gəlib.
Hər iki kitaba Hobbal
Mihali giriş sözü yazıb. AMEA Folklor İnstitutunun
direktoru, tanınmış folklorşünas-alim professor
Hüseyn İsmayılovun "Dədə Qorqud"
haqqında tutarlı ön sözü dastanın xəlqi,
elmi-tarixi, eləcə də bəşəri mahiyyətinə
aydınlıq gətirib. "Kitabi-Dədə Qorqud"un
yaranmasından bəhs edən və Azərbaycanda bu
mövzuda aparılan araşdırmalar, Oğuzların tarixi və
başqa məsələlər də nəşrdə yer
alıb. Kitabın sonunda qeydlər, şərhlər, həmçinin
qədim türk sözlərinin izahı təqdim olunub.
"Koroğlu"
dastanı Məmmədhüseyn Təhmasibin variantı əsasında
çap edilib. Hər qolla bağlı qeydlər, izah və
şərhlər verilib. Xatırladaq ki, indiyədək macar
alimlərindən Gusila Mesoroş, İqnats Kunoş, German
Vamberi "Koroğlu" eposunu araşdırıblar.
SARA
525-ci qəzet.- 2009.- 9 may.- S.23.