Heydər Əliyevin 86 illiyi Bakı Slavyan Universitetində qeyd edilib

 

Dünən Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin 86-cı doğum günü münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən BSU-nun rektoru, professor Kamal Abdulla deyib ki, Heydər Əliyevin həyata keçirdiyi daxili xarici siyasət nəticəsində indi Azərbaycan yüksək templə irəliləyən iqtisadi cəhətdən qüdrətli ölkəyə çevrilib: "Heydər Əliyev apardığı məqsədyönlü siyasət sayəsində Azərbaycanı bütün dünyaya tanıtdı".

Moskva Dövlət Linqvistika Universitetinin "Azərbaycan dili ədəbiyyatı" mərkəzinin rəhbəri B.Musayeva vurğulayıb ki, bu mərkəzin açılması ümummilli liderin Azərbaycanın beynəlxalq aləmdə təbliğinə layiqli töhfə bu böyük işin mühüm tərkib hissəsidir.

Yeni Azərbaycan Partiyasının nümayəndəsi Oqtay Səmədov qeyd edib ki, çağdaş milli ideologiyanın banisi olan H.Əliyev dünya siyasi məkanında özünəməxsus yer tutub. Bütün dünya siyasətçiləri onun dərin zəkası, intellekti yürütdüyü siyasət haqda yüksək fikirlər söyləyiblər.

Universitetin müəllimləri Məmməd Qocayev, Habil Məmmədov da H.Əliyevin həyatı fəaliyyəti barədə fikirlərini bölüşüblər.

Tədbirin sonunda "Heydər Əliyev məktəbi" tələbə teleradio studiyasının rəhbəri Etibar Babayevin H.Əliyevin həyat yaradıcılığına həsr edilmiş "Zirvə" filmi nümayiş olunub.    

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2009.- 9 may.- S.3.