Yeniyetmə idmançının ilk uğurları

 

Son illər dünyanın bir çox mötəbər turnir və yarışlarında ölkəmizi təmsil edən idmançılarımız vətənə alnıaçıq, üzüağ qayıdırlar. Respublika səviyyəsində keçirilən turnir və yarışlarda isə gənc idmançılarımızın əldə etdikləri uğurlar gələcəkdə bu idmançılarımızın daha böyük uğurlara, nailiyyətlərə imza atacaqlarını deməyə əsas verir. Belə idmançılardan biri də Yusifov Üzeyir Qalib oğludur. O, 1997-ci il may ayının 21-də Tovuz rayonunun Qovlar qəsəbəsindəki Məharət Məmmədov adına orta məktəbin 1-ci sinfinə daxil olub. 2008-ci ildə valideynlərinin işi ilə əlaqədar Bakıya köçüb və hazırda Nəsimi rayon Fəxrəddin Nəcəfov adına 266 nömrəli məktəbin 6-cı sinif şagirdidir. O, 2008-ci ilin sentyabrın 16-dan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 6 nömrəli Uşaq Gənclər Güləş İdman Məktəbinin şagirdidir.

Yeniyetmə güləşçi 2009-cu ilin mart ayının 14-15-də Bakıda Novruz bayramına həsr olunmuş sərbəst güləş üzrə 1995-97-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən 6 nömrəli UGGİM-nin birinciliyində 53 kq çəki dərəcəsində 3-cü yerə layiq görüldü.

Yeniyetmə idmançının uğurları bununla kifayətlənmir. Ü.Yusifov 2009-cu ilin aprel ayında UGGİM-nin Qubada keçirilən zona birinciliyində 1-ci yeri tutub və UGGİM-nin mayın 1-2-də Gəncədə keçirilən Azərbaycan birinciliyinə vəsiqə qazanıb. Həmin yarışda da göstərdiyi əsl idmançı şücaətlərinin nəticəsi olaraq bütün rəqiblərini üstələdi və 57 kq çəki dərəcəsi üzrə 1-ci yerə layiq görüldü.

Ü.Yusifovun tez bir zamanda bu uğurları qazanmasında müəllimi Zakir İbrahimovun rolu əvəzsizdir.   

 

 

Vüsal MƏMMƏDLİ

 

525-ci qəzet.- 2009.- 15 may.- S.8.