Aşıqlarımız Parisdə çıxış edəcəklər

 

Mayın 18-20- Fransanın paytaxtı Parisdə, YUNESKO-nun Baş Qərargahında "Mədəni müxtəliflik-2009" Beynəlxalq Festivalı çərçivəsində "Müxtəliflik bayramı" konsert-tamaşası keçiriləcək. Mədəniyyət Turizm Nazirliyindən verilən məlumata görə, tədbirdə ölkəmizi tanınmış aşıqlardan ibarət qrup təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə aşıqlar Samirə Əliyeva, Ramin Qarayev, Nemət Qasımov, Altay Məmmədov Şirzad Fətəliyev daxildir. Tədbirlərə Milli Elmlər Akademiyasının böyük elmi işçisi Sənubər Bağırova Nazirliyin Mədəniyyət siyasəti şöbəsinin məsləhətçisi Rəşad Əliyev qatılacaq.

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 15 may.- S.7.