Yaradıcı gənclərin problemləri
və inkişaf meylləri müzakirə olunacaq
Mayın
15-17-də Zağulbada yerləşən
"Gənclik" Beynəlxalq
Turizm Mərkəzində
"Yaradıcı gənclərin
aktual problemləri və inkişaf meylləri" adlı III
Respublika görüş-seminarı
keçiriləcək. Seminar ölkə başçısının müvafiq
sərəncamı ilə
təsdiq edilmiş
"Azərbaycan gəncliyi
Dövlət Proqramı"nın tədbirlər planına (2005-2009-cu illər)
uyğun olaraq gerçəkləşəcək. Mədəniyyət və Turizm
Nazirliyindən verilən
məlumata görə,
seminar çərçivəsində
əməkdar incəsənət
xadimi, rejissor Bəxtiyar Xanızadənin
rəhbərliyi altında
Dövlət Pantomim Teatrının "Pantomima
bu gün" layihəsi təqdim ediləcək, ustad dərsləri keçiləcək. Həmçinin
Emin Əsgərov, Anar Hüseynzadə, Nailə Zülfüqarova,
Elmir Hüseynov və başqa gənc rəssamların əsərlərindən ibarət
sərgi təşkil
olunacaq. Seminarda Bakı Musiqi
Akademiyasının tələbələrinin
təqdimatında tələbə-bəstəkarlar Leyla Şahbazova, Röya Hüseynova, Gülmirə
Cəfərova, Azər
Əsgərov, Fərid
Nağızadənin əsərlərindən
ibarət konsert proqramı da nəzərdə tutulub.
100 nəfərə yaxın
yaradıcı gəncin qatılacağı
görüş-seminarda teatr,
musiqi və təsviri sənət sahələri üzrə
diskussiyaların aparılması
və gənclərlə
bağlı qətnamənin
qəbul edilməsi gözlənilir.
Sevinc MÜRVƏTQIZI