Yazıçı Yusif Əhmədovun
70 illiyi qeyd edilib
Bugünlərdə ADMİU-nun nəzdindəki Tədris teatrında yazıçı Yusif Əhmədovun 70 illik yubileyi ilə əlaqədar tələbələrlə
görüş keçirilib.
Rektor Timuçin Əfəndiyevin təşəbbüsü
ilə hazırlanan tədbiri Sənətşünaslıq
fakültəsinin dekanı
Vəfa Əliyev açaraq, sözü professor Nizaməddin Şəmsizadəyə verib.
N.Şəmsizadə publisist,
nasir, şair kimi tanınan Y.Əhmədovun əsl peşəsinin həkimlik
olduğunu bildirib, yubilyarın həyat və yaradıcılığı
haqqında məlumat verib: "Füzulidə anadan olan Yusif
Əhmədov hələ
14 yaşında ikən
ilk şeiri çap edilib. Yazıçılıq istedadı
olsa da, valideynlərinin arzusuyla diş həkimi peşəsini seçib. Təhsilini bitirdikdən sonra təyinatla Əfqanıstana işləməyə
göndərilib. Əfqanıstanda
gördüyü, eşitdiyi,
rastlaşdığı hadisələr
də onun gələcək yaradıcılığına
öz təsirini göstərib. Yazıçının "Əzablı yollarla dolu illərin
xatirələri", "Ruhların
qayıtması", "Ürək
bağışlamır", "Qara yelkənli qırmızı gəmilər",
"Topxana meşəsində
görüş" kimi
əsərləri, xüsusən
də Qarabağ mövzusunda yazılmış
"Torpağa tökülən
qan" əsəri oxucular tərəfindən maraqla qarşılanıb".
Şair Çingiz Əlioğlu
yubilyarı təbrik edərək, xüsusən onun "Ələkeçməzlər"
romanını bəyəndiyini və bu romanda milli siyasi
dedektiv mövzusunun Azərbaycan ədəbiyyatına gətirilməsinin
böyük uğur olduğunu söyləyib.
Görüşə ədəbi-bədii
və musiqili kompozisiya ilə yekun vurulub.
525-ci qəzet.- 2009.- 16 may.- S.23.