Məmməd Əkbər Yazıçılar Birliyində yad edilib

 

Yazıçılar Birliyində yazıçı, publisist tərcüməçi Məmməd Əkbərin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Xalq şairləri Fikrət Qoca, Nəriman Həsənzadə, "Ədəbiyyat" qəzetinin baş redaktoru Ayaz Vəfalı, Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin müdiri Maarif Teymur, şair Abbas Abdulla, Fikrət Sadıq və başqaları Məmməd Əkbərin sadə və aydın yazıçı üslubundan, yüksək insani keyfiyyətlərindən söz açıb, onunla bağlı xatirələrini danışıblar.  

 

  

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 16 may.- S.22.