İlham Qəhrəmanın İranda kitabı çıxıb

 

50 yaşı yenicə tamam olan tanınmış şair İlham Qəhrəmanın Tehranda "Əsir dağlar" adlı şeir kitabı nəşr edilib. Kitab Azərbaycan türkcəsində işıq üzü görüb. "Pinar" Yayım Evinin buraxdığı kitab Tehranda Beynəlxalq Kitab Sərgisinə çıxarılıb.

Şairin Tehrandakı qələm dostları? - Azərelli, Məhəmməd Əhmədi, Ədalət Duman və Şərifə Cəfərinin ərsəyə gətirdiyi kitab 1000 tirajla yayılıb. Ön sözünü Tehranda yaşayan azərbaycanlı şair Azərelli yazıb. İ.Qəhrəman da bu yaxınlarda həmin şairlərin yaradıcılığından ibarət "Dəyirmanın alt daşı" şeir antologiyası tərtib edib.

1959-cu ildə Laçında doğulan İ.Qəhrəman? şeir yazmağa ötən əsrin 80-ci illərində başlayıb. Azərbaycanda üç şeir ("Gülüm yarpıza döndü", "Ağlama qu quşu", "Ey dil"), bir publisistika ("İlham qapısı") kitabı çapdan çıxıb ("Media forum").  

 

  

525-ci qəzet.- 2009.- 16 may.- S.19.