Azərbaycan həqiqətlərilə bağlı nəşrlər Londonda sərgilənib

 

Kitab Cəmiyyətinin sədri Zərifə Salahova bu yaxınlarda Londonda keçirilmiş beynəlxalq sərgidən qayıdıb. O, Mədəniyyət Turizm Nazirliyinin nümayəndələri ilə birlikdə iştirak etdiyi sərgidə ölkəmizdə müxtəlif mövzulara aid 100-dən çox miniatür kitabın sərgiləndiyini açıqlayıb.

Z.Salahova Qarabağ münaqişəsinin tarixi haqqında həqiqətləri açıqlayan kitabları Azərbaycanın Londondakı səfirliyinə, bu ölkənin bir sıra kitabxanalarına, o cümlədən Britaniya Milli Kitabxanasının Şərq sektorunun əməkdaşı Məhəmməd İsa Valeyə, Britaniya Parlamentinin deputatı Mayk Henkoka, Oksford Universitetinin Kitabxanasına, həmçinin Londondakı Azərbaycan Mədəniyyət Dostluq Evinə təqdim edib. "Görkəmli adamların həyatı" seriyasından ingilis dilində nəşr edilmiş "Heydər Əliyev" kitabı da təqdim olunan nəşrlər sırasında yer alıb.    

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 16 may.- S.19.