Berlində bəstəkar Arif Mirzəyevin 65 illiyi qeyd edilib

 

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı bu ölkədəki səfirliyimizin dəstəyilə, uzun illər Almaniyada yaşayıb-yaradan bəstəkar Arif Mirzəyevin 65 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, AAKM-nin təşəbbüsü ilə keçirilən "Alman-Azərbaycan mədəniyyət körpüləri" silsiləsindən olan bu tədbir iki xalq arasında mədəni-ictimai münasibətlərin inkişafına töhfə kimi nəzərdə tutulub.

AAKM-nin icraçı direktoru Samira Patser-İsmayılova mədəni əlaqələrin əhəmiyyətindən, Arif Mirzəyevin yaradıcılığının əsas xüsusiyyətlərindən danışıb, Diasporla İş üzrə Dövlət Komitəsindən göndərilən təbrik məktubunu bəstəkara təqdim edib.

Tədbirdə A.Mirzəyevin yaradıcılığını uzun illər izləmiş rejissor Yurgen Şmit öz təəssüratlarını bölüşüb onun bəstəkar haqqında çəkdiyi film göstərilib. Sonra bəstəkarın "Nyu-York passionu" əsəri səsləndirilib. "Bakı-Berlin" qalereyasının rəhbəri rəssam İbrahim Əhrari, Potsdam Universitetinin professoru Furman, Berlin Unversitetinin professoru Flader, Berlin İncəsənət Akademiyasının professoru Ləman Dadaşlı başqaları da bəstəkarı təbrik edib, onun haqqında fikirlərini söyləyiblər.

A.Mirzəyev öz yaradıcılıq planlarından danışıb, tədbirin təşkilatçılarına qonaqlara təşəkkürünü bildirib, onlara fortepianoda ifasını hədiyyə edib. Tədbirdə "Köhnə Bakı" adlı fotosərgi nümayiş olunub.

 

 

P.SULTANOVA

 

525-ci qəzet.- 2009.- 19 may.- S.7.