Uçdu dəniz, qaçdı quşlar...

 

"Uçdu getdi quşlar" mahnısının müəllifinə və "Uzaq yaşıl ada" mahnısının müəllifinə dostmodernist ərmağanı

 

   Payız gəldi, uçdu getdi quşlar,

   Çox uzaqda qaldı o yaşıl ada.

   Taksidən düşəndə gördüm,

    son bahar

   Yağışlar yağdıqca düşəcək yada.

   Yağışın əlindən qaçıb dənizə,

   Dedim, qoy qarışsın sulara sular

   Gözü yaşlı dəniz çıxanda dizə,

   Gördüm yağış qaçar, dəniz də uçar.

   Dəyişib sözlərin sıralarını

   - Dünyanın qəribə işləri də var –

   Fikrətin, Vaqifin misralarını

   Postmodern üsulla caladı Anar.

 

   16 may 2009

 

 

   ANAR

 

   525-ci qəzet.- 2009.- 19 may.- S.7.