Rəfael Cəfərovun "Xəyaldan
doğan sevgi"si Vyanada işıq
üzü görüb
Bu yaxınlarda
Avstriyanın paytaxtı Vyanadakı "Kopi-senter" nəşriyyatında
Rəfael Cəfərovun "Xəyaldan doğan sevgi"
kitabı çap olunub. Yazarın oxucularla ikinci
görüşü olan bu kitabda müəllif uşaqlıq,
gənclik dövrlərində yaşadıqları, valideynləri,
yaxın qohumları ilə bağlı xatirələrini qələmə
alıb. "Önsöz əvəzi"ndə R.Cəfərov
yazır: "Bunu yazmaqda əsas məqsədim
özümün yazılarımdan aldığım mənəvi
zövqdür, mənim üçün o zövqü
heç nə əvəz edə bilməz".
Kitabda mütaliənin,
kitab oxumağın insan həyatındakı müsbət
rolundan söz açılır: Əsərin qəhrəmanı
Rəşid dəcəl bir yeniyetmədir, dərslərini
hazırlamır, sonra institutu da sürünə-sürünə
başa vurur. Ancaq təsadüfən tanış olduğu
qonşu rus qızının məsləhəti ilə
böyük ədibləri oxuyur və həyata
baxışı dəyişir, əxlaqi-mənəvi aləmi
saflaşır, davranışında müsbət yeniliklər
yaranır, sonda öz yolunu tapa bilir.
Kitabda müəllifin
şeirləri və ailə fotoları da yer alıb.
SARA