Qulu Ağsəsin yeni kitabı nəşr olunub

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) "Avrasiya press" nəşriyyatında şair Qulu Ağsəsin "Nabran novellası" adlı ilk nəsr kitabı işıq üzü görüb. Bu barədə APA-ya BAMF-dən bildirilib. Xalq yazıçısı Mövlud Süleymanlının önsözü ilə çıxan kitabda müəllifin "Qədir gecəsi", "Dörd sim", "Solo konsert", "Bəbiş kişinin qızı", "Qarğış", "Peyğəmbərin məqbərəsində qətl", "Qaynaqçı" hekayələri, "Nabran novellası", "On üç şəkilli pyes"i, esseləri, müsahibələri yer alıb. "Poeziyada bəmbəyaz bir səs..." bölümündə isə Fikrət Qoca, Çingiz Əlioğlu, Tofiq Abdin, Vaqif Bəhmənli, Qurban Bayramov, Vaqif Yusifli, Rüstəm Kamal, Cavanşir Yusifli digər müasirlərinin Qulu Ağsəs haqqında yazıları toplanıb.

 

   

525-ci qəzet.- 2009.- 20 may.- S.7.