"Bir millət-iki dövlət" ideyası rəsmlərdə

 

Rəssamlıq Akademiyasında azərbaycanlı türkiyəli tələbələrin birgə sərgisi açılıb. "Bir millət-iki dövlət" mövzusuna həsr olunmuş sərgidə Türkiyə universitetləri Dövlət Rəssamlıq Akademiyası tələbələrinin vətənpərvərlik, türkçülük, xeyirxahlıq sülhə çağırış ideyalarını əks etdirən tabloları yer alıb. Sərgiyə 80 gənc rəssam 90-a yaxın işlə qatılıb. Açılış mərasimində Akademiyanın rektoru, xalq rəssamı Ömər Eldarov, Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmləndiyini bildiriblər. Sərgidə öz əsərlərilə fərqlənən tələbə-rəssamlara fəxri diplomlar verilib.    

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 21 may.- S.7.