Azərbaycanlı aktrisa Məlahət Abbasova Türkiyədə yeni filmə çəkilir

 

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova bir neçə seriala dəvət alıb. Bu barədə APA-ya açıqlama verən M.Abbasova bildirib ki, bunlardan ən mühümü Türkiyənin nüfuzlu "Öykü" film şirkətindən aldığı təklifdir: "Öykü" şirkətinin çəkəcəyi filmin ssenarisini artıq oxumuşam, çox xoşuma gəlib. Ona görə bu təklifi qəbul etmişəm. Filmdə tamaşaçılar məni Səlma rolunda görəcəklər. "Konak" adlanan filmin rejissoru Cem Akyoldaşdır".

M.Abbasova deyib ki, filmin çəkilişləri iyunun 14-də Türkiyənin Safranbolu şəhərində aparılacaq.

Aktrisa digər yaradıcılıq təkliflərilə bağlı hələ qəti qənaətə gəlməyib: "Bir neçə seriala da dəvət almışam, hazırda onların ssenarisini oxuyuram. Mənə təklif olunan rollar xoşuma gəlsə, müsbət cavab verəcəyəm".

 

 

525-ci qəzet.- 2009.- 20 may.- S.7.