Azərbaycan Universitetində fəxri qonaqla görüş keçirilib

 

Mayın 19-da Azərbaycan Universitetində Almaniyanın Zigen Universitetinin vitse-prezidenti, professor Manfred Grauerlə müəllim tələbələrin görüşü keçirilib. Görüşdə iki universitet arasında yaxın perspektivdə qurulacaq əlaqələrin istiqamətləri, eləcə Azərbaycan Universiteti tələbələrinin Zigen Almaniyanın digər universitetlərində təhsillərini davam etdirməsi barədə fikir mübadiləsi aparılıb. Artıq gələn ildən başlayaraq Azərbaycan Universitetinin tələbələri təhsillərini Almaniyada davam etdirə biləcəklər.

Professor Manvred Grauer tələbələri maraqlandıran çoxsaylı sualları da cavablandırıb. Görüşün sonunda Azərbaycan Universitetinin rektoru professor Akif Musayev professor Manfred Grauerə Azərbaycan Universitetinin Fəxri Doktoru diplomunu təqdim edib.

 

 

Ülkər NƏBİYEVA

 

525-ci qəzet.- 2009.- 21 may.- S.6.