Azərbaycanda Beynəlxalq Mədəniyyət Həftəsi keçirilir

 

Mayın 18-dən Bakıda Beynəlxalq Mədəniyyət Həftəsinə start verilib. Tədbirlər Kıbrıs, Balkanlar, Avrasiya Türk Ədəbiyyatı Kurumu ( KİBATEK), Türk Dünyası Araşdırmaları Uluslararası Akademiyası (TDAUEA) "Vektor" Beynəlxalq Elm Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Bu barədə qəzetimizə məlumat verən "Vektor" Beynəlxalq Elm Mərkəzinin prezidenti, şair Elçin İsgəndərzadə silsiləyə yazıçı-filosof Hacı Fərhad Mirzənin bir ay əvvəl Ankarada çap olunmuş "Kəlamlar" kitabının təqdimat mərasimi ilə başlandığını bildirib. Tədbirdə 10-dək xarici ölkədən 20-dən artıq tanınmış incəsənət, elm ədəbiyyat adamı iştirak edir. E.İsgəndərzadənin dediyinə görə, onların sırasında İordaniyanın Türkiyədəki fəxri konsulu Ömər Kaplan, Sənət Cəmiyyətinin prezidenti Əminə Sevinc Öksüzoğlu, KİBATEK-in prezidenti Fəyyaz Sağlam başqaları var. Onlar təqdimat mərasimində kitabın əhəmiyyətindən söz açıblar.

E.İsgəndərzadə bildirib ki, təqdim olunan kitab bir sıra nüfuzlu mükafatlara layiq görülüb: "Kitabın müəllifinə KİBATEK-in ildə bir nəfərə təqdim etdiyi "Türk kültürünə xidmət" mükafatı da verilib".

Tədbirdə çıxış edən xalq şairi Nəriman Həsənzadə, Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, xalq artisti Tofiq Bakıxanov, əməkdar jurnalist İttifaq Mirzəbəyli yeni mükafat alması münasibətilə "Kəlamlar"ın müəllifini təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

E.İsgəndərzadənin sözlərinə görə, Mədəniyyət Həftəsi çərçivəsində Azərbaycan, Gürcüstan, Türkiyə, Makedoniya, Belçika və Almaniyadan gəlmiş şair və yazıçılar Lənkəran rayonuna da səfər ediblər. Yazıçılar Birliyinin yerli üzvlərilə keçirilən görüşdə ədəbiyyatın və mədəniyyətin xalqlar və ölkələr arasında münasibətlərə təsirindən danışılıb. Tədbirdə "Vektor" Beynəlxalq Elm Mərkəzi tərəfindən bir sıra yazarlara mükafatlar verilib.

Mayın 24-dək davam etməsi nəzərdə tutulan Mədəniyyət Həftəsi çərçivəsində Gəncə və Şəki şəhərlərinə də səfərlər planlaşdırılıb.    

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2009.- 22 may.- S.7.