Xalq artisti Rza Əfqanlı xatırlanıb

 

Dünən Musiqili Komediya Teatrında xalq artisti Rza Əfqanlının anadan olmasının 110 illiyilə bağlı sənətkarın xatirə gecəsi keçirilib. Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən tədbir R.Əfqanlının rol aldığı filmlərdən kadrlar göstərilməsilə başlayıb. Xatirə gecəsində aktyorun həyat yaradıcılığı barədə geniş məlumat verilib: "Rza Əfqanlı 1923-cü ildə Teatr Məktəbinə daxil olub. Diplom işi kimi M.F.Axundovun "Hacı Qara"sında aldığı rolu uğurla oynayıb. 1929-cu ildə görkəmli rejissor aktyor İbrahim İsfahanlının dəvətilə Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. 1933-34-cü illərdə Türkmənistanda baş rejissor kimi fəaliyyət göstərib".

Çıxışlarda aktyorun müxtəlif tamaşalardakı rollarında sərgilədiyi özünəməxsus ifa tərzindən söz açılıb: "Kino fəaliyyətinə 30-cu illərdə başlayan Rfqanlının " Bakılılar" filmindəki Cəfər obrazı uğurlu debüt idi və bu filmin ardınca o, "Qanun naminə", "Dağlarda döyüş", "Mən ki gözəl deyildim" ekran əsərlərində rol alıb".

Çıxış edənlər R.Əfqanlını romantik aktyor məktəbinin nümayəndəsi, öz ifası ilə ciddi sənət nailiyyətləri qazanmış görkəmli aktyor kimi səciyyələndiriblər.

Sonda R.Əfqanlının qızı Xumar Zülfüqarova xatirə gecəsinin təşkilatçılarına, tədbirdə iştirak və çıxış edənlərə minnətdarlığını bildirib.

 

   

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2009.- 22 may.- S.7.