"Azərbaycan"ın aprel sayı çapdan çıxıb

 

"Azərbaycan" jurnalının aprel sayı şair Vaqif Bəhmənlinin "Roman" adlandırdığı "Diaqnoz" poeması ilə açılır. Bundan başqa, "Poeziya" bölməsində Camal Yusifzadənin, Sabir Sarvanın, Sərvaz Hüseynoğlunun Nizami Muradoğlunun şeirləri dərc olunub. Seyran Səxavətin "Yəhudi əlifbası" romanının əvvəli jurnalın bu sayında işıq üzü görüb. Jurnalın bu sayında qocaman yazıçı Qılman İlkinin "Xalqının müztərib oğlu" pyesi Abbasqulu ağa Bakıxanovdan bəhs edir. Tanınmış publisist Etibar Babayevin "Yalana heykəl" yazısı da "Azərbaycan" jurnalının aprel sayında verilib. Jurnalın bu sayında həmçinin Əsəd Cahangirin tərcüməsində İrina Nikitinanın "Postmodernist sənət" yazısının ardı yer alıb.   

 

 

525-ci qəzet.- 2009.- 23 may.- S.23.