II Respublika Uşaq Kitabı Festivalı başa çatıb

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşəbbüsü ilə keçirilən II Uşaq Kitabı Festivalı yekunlaşıb. Festivalın bağlanışı mərasimində mədəniyyət incəsənət xadimlərilə yanaşı, orta məktəb kollektivləri, kitabxana işçiləri Bakı teatrlarının yaradıcı heyəti iştirak edib. Kitabxanadan verilən məlumata görə, festival çərçivəsində "XXI əsr" liseyinin müəllim şagirdləri, "Beşik" nəşriyyatının yaradıcı heyəti, C.Cabbarlının ev-muzeyinin əməkdaşları, SOS uşaq kəndinin sakinləri, Bülbül adına musiqi məktəbinin kollektivi, eləcə İncəsənət Gimnaziyasının istedadlı şagirdlərilə maraqlı görüşlər keçirildiyi qeyd olunub.

Tədbirdə əl işlərindən ibarət və "Milli dəyərlərimizi qoruyaq, nağılları yaşadaq: kitabxana və oxucu" mövzusunda sərgilər nümayiş etdirilib.    

 

 

SARA

 

525-ci qəzet.- 2009.- 23 may.- S.22.