"Azərbaycanda
milli hərəkat"
MƏMMƏD ƏMİN RƏSULZADƏNİN
EYNİADLI ƏSƏRİ AZƏRBAYCAN VƏ RUS DİLLƏRİNDƏ
KİTAB ŞƏKLİNDƏ ÇAP OLUNUB
Bu günlərdə Məmməd Əmin Rəsulzadənin "Azərbaycanda
milli hərəkat"
adlı tarixi əsəri Azərbaycan və rus dillərində
çapdan çıxıb.
Professor Şirməməd
Hüseynovun təqdimatı
ilə nəşr edilən kitab M.Ə.Rəsulzadənin anadan olmasının 125 illiyinə
həsr edilib. Qeyd edək ki, M.Rəsulzadə bu əsəri 1933-cü ildə qələmə alıb. Kitabda ideya mənbələrinə
görə Şərqin
milli-azadlıq ideyaları ilə Qərbin mədəni-demokratik cərəyanlarını
özündə birləşdirən
Azərbaycanın milli
hərəkatının bütün
incəlikləri, habelə
Cümhuriyyət dövrü
və müsavatçılıq
ideyalarıyla bağlı
geniş və sanballı məlumatlar yer alıb. Yeni nəşrdə təkcə XX əsr milli hərəkatı ilə əlaqədar deyil, eyni zamanda,
"Əkinçi"nin,
habelə nəşr edilən digər qəzetlərin, Mirzə Fətəli Axundovun, Həsən bəy Zərdabinin və digər ziyalıların bu sahədə gördüyü işlər
barəsində də məlumatlar var.
Bununla yanaşı, əsərdə
antimüsəlman siyasət yürüdən Rusiya imperiyasının
zülmü altındakı türk xalqlarının siyasi cəhətdən
sıx əlaqələr qurması və birgə fəaliyyət
göstərməsinə də geniş yer ayrılıb. Kitabda
milli hərəkatın inkişafında Azərbaycan ədəbiyyatının
roluna daha geniş yer ayrılaraq, müsavatçılıq
ideyalarının milli hərəkatın inkişafında
oynadığı rol barəsində xeyli məlumatlar verilib. Kitabda
həmçinin Azərbaycan Demokratik Cümhuriyyətinin milli
ruhun dirçəlməsi sahəsində gördüyü
işlər incəliklərilə oxuculara
çatdırılır. Bütün bunlarla bərabər
kitabda milli ideyaların daşıyıcılarının,
müsavatçıların kütləvi şəkildə həbs
edilməsi, habelə represiyalarla bağlı da tutarlı məlumatlar
öz əksini tapıb.
AQİL
525-ci qəzet.- 2009.- 31 yanvar.- S. 6.