Sənətimiz beynəlxalq nəşrlərdə
İstanbulda nəşr olunmuş
kitab barəsində düşüncələr
Azərbaycan incəsənətinə xaricdə
olan maraq indi heç kəsdə təəccüb
doğurmur. Ölkəmizə turist axını,
beynəlxalq standartlara
cavab verən turizm mərkəzlərinin
açılması, tarixi-memarlıq
abidələri ilə
tanışlıq, milli
mədəniyyətimizə, musiqimizə, mətbəximizə
əcnəbilərin məftun
olması bu gün bizim üçün adiləşib.
Professor Ərtegin Salamzadə müasir Azərbaycan sənətşünaslığının prioritet elmi istiqamətlərini, elmi problematikasını müəyyənləşdirən
nüfuzlu alimlərdəndir. Onun istər
tarixi, istərsə də nəzəri sahədəki görüşləri,
tədqiqatları müstəqillik
dövrü Azərbaycan
ictimai-humanitar elminin inkişafında, istiqamətlənməsində
önəmli rol oynamışdır. Nisbətən gənc nəsli təmsil etməsinə baxmayaraq, Ərtegin Salamzadənin bu vaxta kimi onlarla
elmi monoqrafiyası, dərslikləri, tədris
vəsaitləri, çoxlu
sayda digər elmi publikasiyaları işıq üzü görmüşdür.
Tofiq Rəsulovun əl işləri həm respublikamızda, həm də xaricdə yaxşı tanınır. O, elə
sənətkarlardandır ki,
öz yaradıcılığı
ilə ilk növbədə
Vətənini, xalqını
təmsil edir. Tofiqin gözəl şəbəkə
kompozisiyalarına baxan
əcnəbilər Azərbaycan
dekorativ sənətinin
zərifliyinə, nəfisliyinə,
eyni zamanda monumentallığına, müstəsnalığına
məftun olurlar.
Kitabda sənətkarın yaradıcılığı
ilə yanaşı, onun keçdiyi yaradıcı ömür
yolu da işıqlandırılmışdır. Bu yola qısaca nəzər salaq.
Professor Ə.Salamzadə populyar el
sənətakrımızın rəngarəng yaradıcılıq
yolunu canlı ifadələrlə açıb
göstərir. Tofiqin yaradıcılığı vasitəsilə
oxucular, o cümlədən
əcnəbi oxucular (ingilis mətni vasitəsilə) şəbəkə
sənətimizlə
Kitabda Tofiq Rəsulovun yaradıcılığı öz
əhatəli təhlilini
tapır. Ə.Salamzadə haqlı olaraq
qeyd edir ki, şəbəkə sənəti memarlıqla sıx bağlı olduğundan o, əsasən
monumental xarakter daşıyır.
Tofiqin əsərləri
ilə canlı surətdə
Kitab-albomun diqqəti cəlb edən mühüm xüsusiyyətlərindən biri
də onun şəbəkə sənətinin
incəliklərinə yetərincə
nəzər salmasıdır. Qeyd edək
ki, şəbəkə
sənəti dekorativ-tətbiqi
sənətlərin xüsusi
vərdiş, təcrübə
və texnolologiya tələb edən çətin sahələrindən
biridir. Professor Ə.Salamzadə
şəbəkə sənətinin
incəliklərindən ətraflı
danışmış, bununla
da bu qədim
el sənətinin texnologiyası
ilə oxucuları
Kitabın bədii tərtibatı, buradakı fotolar barəsində ayrıca danışmağa dəyər. Bu fotolarda Tofiqin sənətinin, onun ömür yolunun ayrı-ayrı epizodları
öz əksini tapır. Əlbəttə, görüntülərdə Şəki xan sarayının interyer tərtibatı üstünlük
təşkil edir.
Tofiq bədii ənənələri
zaman kontekstində yaşatmağı bacaran sənətkarlardandır. Şəki xan sarayının oynaq, əlvan çalarlara malik gözəl şəbəkə
kompozisiyaları iki əsr öncə olan görünüşünü
saxlamaqla bu gün də öz parlaqlığı
ilə görənlərin,
o cümlədən buraya
gələn çoxsaylı
turistlərin marağına
səbəb olur.
Şəki kimi mühüm
turizm bölgəsi üçün əlvan milli-etnoqrafik cizgilərə
malik el sənəti nümunələri çox
vacibdir. Çünki onlar Azərbaycan milli sənətkarlığını
təbliğ edir və müasir dövrdə həm də reklam xarakteri daşıyırlar.
Bu mükəmməl nəşrdə
Tofiq Rəsulovun əlvan yaradıcılığı
öz həqiqi ifadəsini tapmışdır. Professor Ərtegin Salamzadənin müəllifi olduğu kitab el sənətimizin istər respublikamızda, istərsə də xaricdə daha yaxından tanınmasına,
sevilməsinə kömək
edir.
ƏBÜLFƏT
Ədalət.- 2010.- 1 aprel.- S. 7.