ANALAR ŞAİR
DOĞAR
Elə bilirdim ki, sevmədiyindən
Məni şair kimi
doğubdu anam.
Sən demə analar şair doğurlar
Dünyanın dərdləri çoxalan
zaman.
ƏN GÖZƏL
SEVGİDİ ÖLÜM
İlahi, ən gözəl sevgidi ölüm,
Sevdiyim sevmədi, sevdi
ki, ölüm.
Deyəsən hamının
sevdiyi ölüm
Çata bilmədiyi arzu
kimidi.
Məni görən
kimi xoş günlər sindi,
Dərdlər oğlum kimi
boynuma mindi.
Qırışlar alnımda
at çapır indi,
Bəxtim süddən yanmış
quzu kimidi.
Sevgi ürəklərin
tacı olsa da,
Qovrulan dəırdlərin
sacı olsa da.
Ayrılıq nə
qədər acı olsa da,
Həsrətin şeirimin duzu
kimidi.
RUH ADAMI
Hüseyn
Bağıroğlu üçün
Sən ruh adamısan-ruhun adamdı,
Fikirlər söz kimi ruhuna damdı.
Mən də bir az ruham-ruhunam indi,
Əgər yazdıqlarım ruh versə sənə.
Canını alarsan
sözə can verib,
Sözə can verənə
söz də can verib.
Sözü Tanrı
sənə ərmağan
verib,
Cananın gözəldi... ah versə sən.
Bəxtinə bəxt
verməz bu bəxt verən də,
Söz adlı dərddəsən
bu bəxt verəndən.
Şair, neyləyərsən
bu bəxt verənnən,
Gah
əlindən alsa, gah versə sənə.
ELXAN YURDOĞLU
Ədalət.-
2010.- 3 aprel.- S. 22.