Sevgin
Uçan kəpənəkmi,
açan çiçəkmi?
Yıxılan xəyalmı, yanan ürəkmi?
Görəsən dərdimi göyərdəcəkmi?
Dönübdü şumlanmış zəmiyə
sevgin.
Körpəcə cığırdı gəlib-gedirdim.
Ağlayıb gedirdim, gülüb gedirdim.
Onu işıqgələn bilib
gedirdim,
Zülmətə bələndi, bəs niyə sevgin.
İtirdim,
bilmədim harada qaldı,
Əli saçımdakı
qarada qaldı.
Yetim uşaq
kimi arada qaldı.
Axırda bölündü
ikiyə sevgin.
Ağ qadın
Sən
qara dünyanın xal boyda ağı,
Saçların ağarar, bəxtin ağarmaz.
Nəyinə
lazımdı bu ağlıq axı,
Bu qara
adamlar səni anlamaz
Ağ
qadın!
Başına
mən boyda qara bağla sən,
Ağla gözlərindən
qara qan gələ.
Ağ günə
çıxmazsan ağlamaqla
sən.
Çətin
köməyinə Yaradan
gələ,
Ağ
qadın!
O kövrək qəlbinə dəyən
kim idi,
Araya illərin yarası düşüb.
Bu dünya
ağ-qara şəkil
kimidi,
Ağların bəxtinə qarası düşüb.
Ağ
qadın!
Görünməz
taleyi, qisməti yazan,
Heyf ki, göylərə üz tutmaq olmur.
Tale göndərənlə
barışmaq asan,
Bəndə eyləyəni unutmaq
olmur.
Ağ
qadın!
İllər yedəyində
qara yellərin,
Ömür-gün əriyib dönər şəkərə.
Sənin
o "göyərçin", "bəyaz" əllərin,
Bir ocaq yerindən qalan mənzərə
Ağ
qadın!
Nə
gəlir əlimdən,
daha nə deyəm,
Eşidib, bilənlər
qınamaz məni.
Mən də
sənin kimi "qara" bəndəyəm.
Bu qara adamlar anlamaz
məni.
Bu qara adamlar anlamaz
səni.
Ağ
qadın! Ağ qadın!
Unudum deyirəm, unutmur
ürək
Xəyalın qonağım
olur hər gecə,
Dolursan
gözümə şirin
yuxu tək,
Mən səni
ay ömrüm, unudum necə?
Unudum deyirəm,
unutmur ürək.
Bəlkə
də heç məndən yoxdu xəbərin,
Sən
qaya parçası, mən qəlbi kövrək,
Qalmışam
əlində qəmin,
kədərin,
Unudum deyirəm,
unutmur ürək.
Bilirəm,
qismətim olmayacaqsan,
Bu ilk məhəbbətin yolları
gödək.
Ölüm
unutmaqdan min dəfə
asan,
Unudum deyirəm,
unutmur ürək.
Qoruya
bilmərik, sərt gəlib bu qış,
Sevgimiz üşüyən
yetim bir çiçək.
Dilimdə
Allaha bu son yalvarış,
Unudum deyirəm,
unutmur ürək.
Bir duyğu qəlbimi göynədir hərdən,
Səni yox,
özgəni sevəydim
gərək.
Əl
çəkə bilmirəm
xatirələrdən,
Unudum deyirəm,
unutmur ürək.
Yollara
Mənsiz
ayaqların iz qoyacaqdır,
Qoşa
gəzdiyimiz
Gözlərin min yerdən ağlayacaqdır.
Danış öz
dərdini, danış
yollara.
Nələr
çəkəcəksən özün içində,
Qalacan alovun,
közün içində.
Basdır günahını
tozun içində.
Bir damla
yağış ol, qarış yollara.
Demə
ürəyində, bəlkə
gələcək,
Bir uzaq dənizdən yelkən gələcək.
Çağırsan sakitcə kölgəm gələcək.
Gəz, dolan
beləcə alış
yollara.
Səhərlər
gözünü dikib
üstünə,
Gecələr şeh kimi çöküb
üstünə.
Yorğan
günahını çəkib
üstünə,
Qoyarsan üzünü
balış yollara.
"Vətənləşmiş"
çadırlara
Hələ 15 ildi qalıb yerində.
Hələ 15 ildi kökü dərində.
Çiçək
də açacaq günün birində
Ay Allah, bu
çadır göyərir
deyən.
Adına
köhnələn kətilmi
deyim,
Yorğanmı,
döşəkmi, mitilmi
deyim,
Ömürlük
iş alan
qatilmi deyim,
Ay Allah, bu
çadır göyərir
deyən.
Od tutub alışır min ah içində
Qaranlıq
içində, sabah içində
Bu boyda
savabla, günah içində
Ay Allah, bu
çadır göyərir
deyən.
Qalanmır
ocağı, yanmır
işığı
Kədərdi mahnısı, qəmdi aşığı.
Yavaşca
başını əyib
aşağı
Ay Allah, bu
çadır göyərir
deyən.
Yoxdu
ayaqları qaça qurtara
Hanı
qanadları uça qurtara
Gül
deyil bir yolluq aça qurtara
Ay Allah, bu
çadır göyərir
deyən.
Göz
yaşıyla öz dibini yudu bu
Ölüm himni
oxuyacaq qudu bu.
Ürəyinə
daş bağlayan budu, bu
Ay Allah, bu çadır
göyərir deyən.
Hafiz Hacıxəlil
Ədalət.- 2010.- 3 aprel.- S. 22.