"AQRAR MÜTƏXƏSSİS" QƏZETİ UĞURLU YOLDADIR

 

ADAU-nun 80 illiyi qarşısında

 

Gəncəbasarda çıxan qəzetlərin demək olar ki, əksəriyyəti hər gün müxbir məntəqəmizə gəlir. Onların arasında dövlət qəzetləri ilə yanaşı müstəqil çoxtirajlı qəzetlər var. Bu yazımda son zamanlar diqqətimi çəkən bir qəzet - 80 illik yubileyinə hazırlaşan Azərbayjan Dövlət Aqrar Universitetinin (sabiq AKTA) "Aqrar mütəxəssis" qəzeti barədə danışmaq istəyirəm.

Əvvəla onu deyim ki, respublikada aqrar kadrların yetişdirilməsi tarixi hələ politexnik institutunda ilk kənd təsərrüfatı fakültəsi yarandığı vaxtdan, yəni 1920-ci il dekabr ayının 17-dən başlanır. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tarixi isə 1920-ci ilin may ayının 15-dən başlanır. İlk vaxtlar institutun 4 fakültəsi - bitkiçilik, heyvandarlıq, pambıqçılıq balıqçılıq fakültələri vardı. Bu fakültələrin tərkibində isə müvafiq şöbələr təşkil edilmişdir. 1931-ci ilin yanvar ayının 1-də AKTİ Gəncədə müstəqil ali məktəb kimi fəaliyyətə başlamışdı. 1991-ci ilin iyun ayının 17-də Respublika Prezidentinin fərmanı ilə instituta akademiya statusu, 2009-cu ildə isə universitet statusu verilmişdi.

Əslində isə bu qocaman ali məktəbdə son üç il ərzində yeni həyat canlandı. İqtisadiyyat elmləri doktoru, professor Mirdamət Sadıqov rektor təyin edildi. Az vaxtda tədris prosesinin təkmilləşdirilməsi, elmi-tədqiqat işlərinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində xeyli görüldü. Fakültələrdə, kafedralarda, tələbə yataqxanalarında abadlıq yenidənqurma işləri yeni vüsət aldı. Ən başlıcası isə təhsildə neqativ hallara qarşı kəskin mübarizə başlandı. Hazırda isə "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"ndan irəli gələn müddəaların icrası ilə bağlı universitetdə struktur dəyişiklikləri aparılır. Bütün bunlar başqa yazının mövzusudur.

Məqsədim universitetin "Aqrar mütəxəssis" qəzetinin qarşımda olan 2 nömrəsi barədə danışmaqdır. Qeyd edim ki, qəzet uzun bir tarixi yol keçmişdir. Belə ki, 1933-cü ildən nəşr olunur. Ötən bu illər ərzində redaksiya kollektivinin müvəffəqiyyətləri, uğurlu nömrələri az olmamışdır. Son iki nömrə curnalist peşəkarlığını özündə əks etdirir. İstər qəzetin estetik tərtibatı, istər materialların canr rəngarəngliyi, istərsə toxunduğu məsələlər diqqəti cəlb edir. Manşetdə verilmiş "ADAU-nun 80 illiyi qarşısında" rubrikası qəzetin bu nömrələrinin əlamətdar yubiley ərəfəsində gördüyü işlərindən bəhs etməsinə dəlalət edir. Yeni rubrikalar, mətnönü yazılar redaksiya kollektivinin yaxşı işi, peşələrinə səriştəlilik mövqedən yanaşması təqdirəlayiqdir. "Sizlər yada düşəndə..." sərlövhəli yazıdan məlum olur ki, qocaman ali məktəb ötən illərdə respublika onun hüdudlarından kənarda öz əməyi, elmi potensialı ilə tanınan çoxsaylı məzunları ilə fəxr etməyə layiqdir. Məqalənin sonunda oxuyuruq: "Əziz oxucu! Göründüyü kimi, universitetimizin uğurları hər birimizi daha böyük qələbələrə ruhlandırır. Bəs bu uğurların artırılması üçün biz, siz edirik?! Gəlin, bu barədə ciddi düşünək! Unutmayaq ki, qəzetimiz sənin üçün ən etibarlı mətbu tribunadır. Əsil qəzet isə coşub, çağlayan çaya bənzəyir. O çaya ki, başlanğıcını kiçik bulaqlardan alır, kiçik bulaqlar sənin redaksiyamıza göndərdiyin siqnal məktublardır. Oxucu ilə əlaqəsi möhkəm olan qəzetlər həmişə öndə olur..."

"Danışır məzunlarımız" rubrikası altında verilmiş iki məzun sözü maraqla oxunur. "Danışır tələbə müxbirlərimiz" rubrikasında mətnönü yazıda oxuyuruq: "Redaksiyamızın nəzdində "Tələbə müxbir məktəbi" yaradılmışdır. Burada tələbə-gənclərə curnalistikanın sirləri öyrədiləcək, müxtəlif canrlarda yazı yazmaq qabiliyyəti aşılanacaqdır. Sonra redaksiyamızın sertifikatı ilə təltif olunan gənclər ikinci ixtisas - müxbirlik ixtisası qazanacaqlar..." Sonra ilk tələbə müxbirlərin maraqlı yazıları dərc olunmuşdur.

4 səhifəlik qəzetdə maraqlı xəbərlər, rubrikalar, replika s. oxucunun diqqətini cəlb edir.

gizlədim, qəzetin sonrakı nömrəsini maraqla gözləyirdim. Budur, mart nömrəsi qarşımdadır. Dörd səhifəlik qəzetdə 32 bir-birindən maraqlı yazı, 14 ədəd şəkil universitet həyatının özündə səciyyələndir-mişdir. Tərtibatının estetik gözəlliyi, materialların səriştəliklə işlənməsi, universitet həyatının bütün sahələrinin dolğunluqla əhatə edilməsi bir daha onu göstərir ki, redaksiya kollektivi uğurlu yoldadır. "Universitetimizdə" rubrikası altında 6 xəbər verilmişdir. Hiss olunur ki, redaksiya əməkdaşları qocaman ali məktəbin salnaməsini yaratmağa, heç bir tədbirin yaddan çıxmamasına cəhd edir əlbəttə ki, məqsədinə müvəffəqiyyətlə nail olur. Qəzetin qarşımda olan son nömrəsindən hiss olunur ki, kollektiv müxtəlif yazılarla yanaşı, ən kiçik qüsuru da yada salmağı vəzifə borcu sanır. "Replika" rubrikası altında verilmiş "Zibillər niyə daşınmır?", "Kitabxanada lift işləmir" yazıları buna misal ola bilər.

Açığını deyək ki, bu gün yerlərdə çıxan müxtəlif qəzetlər, mətbu nəşrlər peşəkarlıqdan əhatə etdiyi məqsəddən çox-çox kənardır.Daha doğrusu, uğurlu qəzet nömrələrinə az-az təsadüf olunur. 80 illik yubileyinə hazırlaşan ADAU-nun "Aqrar mütəxəssis" qəzetinin son iki nömrəsi isə deyərdim ki, bu boşluğu uğurla doldura bilmişdir. Biz həmkarlarımıza öz işlərində yeni-yeni nailiyyətlər diləyirik.

 

 

Yaşar NƏBİYEV

 

 

Ədalət.- 2010.- 7 aprel.- S. 6.