YUMUL, BƏNÖVŞƏM,
YUMUL...
Hava yaman sazaqdı,
Günəş səndən
uzaqdı,
Bir ac quzu mələyib
Sənə boylandı,
baxdı;
Yumul, bənövşəm, yumul.
Çəmənlərə iz düşür,
Bir deyil ki, yüz düşür,
Niyə sənin
payızın
Hər çiçəkdən
tez düşür;
Yumul, bənövşəm, yumul.
Göydə bulud
görünür,
Bulud qara bürünür.
O dağda bir duman var
Sənə tərəf
sürünür;
Yumul, bənövşəm,
yumul...
Qalarsan baxa-baxa,
Kağız gül səndən
baha.
Arı yaman çoxalıb
Gülü də
sancır daha;
Yumul, bənövşəm, yumul.
Ömrün bircə
həftədir,
Ətrin min cür həbdədir.
İndi sevgili üçün
Beş qərənfil
dəbdədir;
Yumul, bənövşəm, yumul.
Yum gözünü, çən
görmə,
Vaxtsız gələn qəm
görmə.
Dünya yaman qarışıb
Mən görəni
sən görmə;
Yumul, bənövşəm,
yumul!..
GÖRÜRDÜM BU
GÜNÜ...
... Bu da sonuncu gün, sonuncu vida,
Bu da ayrılığın
sonuncu tini.
Quzum, hər görüşün son ucu
vida,
Görürdüm bu
günü,
Sənnlə görüşün
birinci günü...
Yolun uğur olsun, - deyirəm sənə;
Qarşıda ömür-gün sınağı durur.
Nə deyim, bəlkə də yolunda yenə
Mənimtək bir sevda qonağı durur.
Gedirsən,
bu günü saxla yadında,
yaddaşın mən verən dərsi pozmasın.
Sən elə alış ki,
sənin odunda
ötəri qonaqlar qoy qızınmasın.
Qarşımda nə
çəpər, nə
də ki,
Mənim də ömrümə
beləcə gəldin.
Qəlbində bir
çınqı od saxla
Bəlkə bir çırağı
yandıra bildin.
Əyil!..
Məhəbbətin önündə
əyil,
Bəlkə bu dünyadan
qopara səni.
Taleyin estafet ağacı deyil
Hərə bir mənzilə apara səni...
Bir gün də sərbəstlik taxtı devrilib
Ömrünə gəlinlik illəri
gələr.
Dünənin bir
namərd dosta çevrilib
Bu da sonuncu gün, sonuncu vida,
Bu da ayrılığın
sonuncu tini.
Quzum, hər görüşün son ucu
vida,
Görürdüm bu
günü,
Səninlə görüşün
birinci günü...
GETMƏK İSTƏYİRSƏN...
Getmək istəyirsən,
bəhanəsiz get,
Oyatma mürgülü
xatirələri,
Səsin həmin
səsdir, baxışın
ögey
Gedirsən, səsin
də yad olsun
Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin,
saxta sənədtək
Nə vaxtsa üstündə tutulacaqdır...
Yollar tək döşənib ayaqlarına
Sənə yalvarımmı...
Bu mümkün deyil,
Qoymaram qəlbimtək
vüqarım sına,
Alçalıb yaşamaq
ömür-gün deyil...
Demirəm, sən
uca bir dağsan,
əyil,
Demirəm, qalıbdır
əlacım sənə,
Nə səndə
məhəbbət qara
pul deyil,
Nə mən dilənçiyəm
əl açım sənə.
Getmək istəyirsən,
O, yol, o da sən,
Bir
cüt göz baxacaq arxanca sənin.
Getdinmi,
Haçansa dönmək
istəsən,
Tikanlı yasdığa dönəcək
yerin.
Getmək istəyirsən,
nə danış, nə din,
yox ol, uzaqlartək dumanda, çəndə.
Nəyimi sevmişdim,
deyə bilmədin,
İndisə yüz
eyib görürsən
məndə...
Getmək istəyirsən,
bəhanəsiz
get,
oyatma mürgülü xatirələri.
Səsin həmin
səsdir, baxışın
ögey,
Gedirsən, səsin
də yad olsun
AÇILMA
AÇILMA...
Göydə ulduz dənə-dənə,
Saydım onu dönə-dönə,
Xatirələr dindi
yenə,
Açılma, sabah, açılma.
Göydən yerə
endi günəş,
Toy şamına döndü günəş.
Mənim üçün
söndü günəş,
Açılma, sabah, açılma.
Bilmirəm yolum haradı,
Küsübdü, könlüm, yaradı.
Onsuz da günüm qaradı
Açılma, sabah, açılma.
Çox da göydə çoxdu ulduz,
Daha mənə yoxdu ulduz,
Hər şeyi unutdu o qız
Açılma, sabah, açılma.
Kim deyir bu qəm uyudu,
Hicran bir dərin
quyudu.
Açılma, sabah, açılma...
QAYITMA
İndi ki, gedirsən son bahar kimi,
Qayıtma geriyə
durnalar kimi,
Yaşa zirvələrdə,
yaşa qar kimi,
Çevrilib yağışa, selə qayıtma.
İllərim nahaqdan
ötdü səninlə,
Demirəm ömür-gün
bitdi səninlə,
Getdin, nəğmələrim
getdi səninlə,
İndi qəmli ötən
telə qayıtma.
Sən gəldin
ömrümə duman,
çən kimi,
Yaşarsan saçıma
düşən dən
kimi,
Qoxlayıb atdığın gülə qayıtma.
MƏHƏBBƏTDƏN
KÜSƏNDƏ
Yazırıq sevgidən,
yazırıq ancaq
Elə sətirlərdə
alışırıq biz,
Məhəbbət olubdur
oyun-oyuncaq,
Hansı məhəbbətdən danışırıq biz.
Odlara qalanmaq ötəri hissdir,
Kəlmələr biçimli,
Sözlər biçimli...
Çoxları diplomsuz
mütəxəssisdir,
Eh, ürək aldatmaq
bir su içimi,
Sevimmi?!
Tərəddüd qət
edə bilmir,
Bəzən itiririk inam,
ümidi.
Ürək var duyğular fəth edə bilmir,
Ürək var həndəsi
fiqur kimidir.
Bir qəlbə girəndə boyalı sözlər,
Görən öz sözünü
ürək dedimi?!
Axtarır,
Axtarır,
Axtarır gözlər;
İşləyir bir saat kəfkiri kimi.
Təbəssümlər saxta söz qiymətlidir,
Yalanı yalanla alqışlayırlar.
Çoxları könüldən
səxavətlidir,
Hər qıza bir könül bağışlayırlar...
Elə məhəbbətdən
yazırıq, ancaq
Elə sətirlərdə
alışırıq biz,
Məhəbbət olubdur
oyun-oyuncaq,
Hansı məhəbbətdən danışırıq biz?!
SƏN GƏRƏK...
Sən gərək
özünü tanıtmayaydın,
Mənə bu üzünü
tanıtmayaydın.
Yenə də həyatı səndən
umaydım,
Elə biləydim ki,
dünyada təksən.
İllərin ömrümdən
apardığını
Elə biləydim ki,
gətirəcəksən.
Bahar gözləyirdim,
yenə də qışdı,
Bir arzu, bir ümid öldürməkdənsə
Aldana-aldana yaşamaq
xoşdu;
Sən gərək
özünü tanıtmayaydın...
Sənə baxa-baxa
sənin üzündə
Görünür özgəni sevmişəm
onda.
Hər titrək
sözümü sənin
gözündə
Yəqin özgəsinə demişəm onda.
Hissin xumarında
yumub gözünü
Onda məhəbbətim yuxulu imiş.
Sonradan oyanıb,
Onda bilib ki,
Suyun lal axanı qorxulu imiş;
Sən gərək özünü
tanıtmayaydın.
Sən gərək
özünü tanıtmayaydın;
Ömür də beləcə
keçib-gedəydi.
Sən demə marala atdığım güllə
Maral dərisində
tülküyə dəydi...
Sadəlövh qəlbimdən,
məhəbbətimdən,
keçdiyim yollardan utanıram mən;
yuxulu gözümdən ağrılar
keçir,
yanımdan sevgisi doğrular keçir,
Səndən yox,
onlardan utanıram mən...
Sən gərək
özünü tanıtmayaydın,
Mənə bu üzünü tanıtmayaydın...
NƏ BİLƏYDİK...
Nə biləydik
bu sevginin sonu yox
Nə biləydik dünya
belə dönəcək.
Nə biləydik
sevgi adlı bu qonaq
İkimizin aramızda
öləcək...
Ulu sevgi göydən yerə endimi,
Nə dayandı yolumuzun
üstündə?
Bu məhəbbət soyuduqca,
sən demə,
Can verirmiş qolumuzun
üstündə.
Hər görüşə
sürünürdü ayaqlar...
O çəmənlər - bir baharlıq səməni.
Dodaqları yandıranda
dodaqlar
Ürəyimiz üşüyürmüş,
deməli.
Əyləncələr qoymadı ki, göz açaq;
Hər istəyi biz beləcə
bitirdik.
Payız gəldi
toy-bayramla, biz ancaq
Yarpaq-yarpaq günümüzü itirdik.
Şirin oldu yalanların zəhəri,
Həqiqəti gizləmişik həmişə.
Sevgililər oyaq
açdı səhəri,
Biz axşamı gözləmişik
həmişə...
Yuxu gördük...
Gah qorxulu, gah da şən,
Boğdu bizi tərəddüdlər
axarı.
Yuxularda əllər
gördük birləşən,
Ha yozduqsa hicran oldu axırı...
Nə biləydik
bu sevginin sonu yox
Nə biləydik dünya
belə dönəcək.
Nə biləydik
sevgi adlı bu qonaq
Üzümüzə baxa-baxa öləcək...
***
Vəfalı qızlardan
az yazırıq,
az,
Gileylə doludur şerlərimiz.
Şerə ünvan
olur sevgisi dayaz,
Dərin ümmanları
unuduruq biz...
Hey əl-qol atırıq
yağış gölündə,
Görsən sədaqəti duymurmu
ürək?
Susuruq...
Naməlum qəbir
önündə
Fikirli-fikirli susduğumuztək...
Bilirik hər hissin öz sərhəddi var,
Bəlkə bu istəyi
vurmuruq üzə.
Nədənsə çox
zaman vəfa, etibar
Vəzifə borcutək görünür
bizə.
O bir bulaqdır ki, tutulub gözü,
Həmişə oyaqdır onun
ümidi.
Yaxına getmirik...
Sanki bu mövzu
Mina basdırılmış
sərhəd kimidi.
Vəfalı qızlardan
az yazırıq,
az,
Gileylə doludur şerlərimiz.
Şerə ünvan
olur sevgisi dayaz,
Dərin ümmanları unuduruq
biz...
Nüsrət KƏSƏMƏNLİ
Ədalət.-2010.- 24 aprel.- S. 20.