"MƏNİ GÖYLƏRDƏN GÖNDƏRİBLƏR"

 

Alla Puqaçova 10 yaşından buna əmindir

 

Rusiyanın tanınmış estrada ulduzu Alla Puqaçova aprelin 15-də ad gününü qeyd edib. Onun sadiq dostu ifa etdiyi bir çox xitlərin müəllifi bəstəkar İlya Reznik primadonnanın ad gününə hədiyyə kimi "Zebra E" mətbəəsi tərəfindən çap olunmuş, oxuyan qadın - "Puqaçova i druqiye maestro" adlı kitabını hazırlayıb. Həmin kitabdan bəzi seçmələri oxucuların diqqətinə çatdırırıq.

 

Həsr olunanlar

 

... Bəzən aramızda küsüb-barışdığımız anlar da olub... Lakin bu bizim yaşayış dramaturgiyamıza təsir etməyib, mən birgə işlədiyimz vaxtlarda həyatda keçirdiyim xoşbəxt anlar, həyəcanlar, böyük kiçik qələbələr üçün Allaya minnətdaram. Bizim birgə yaratdıqlarımız bu gün dinləyicilərimiz tərəfindən məhəbbətlə dinlənilir.

 

Pərəstişkar evə girmişdi

 

... 88-ci ilin aprel ayı idi. "Vernisaj" müəllif proqramı üzrə konsertlərimin birindən çıxanda Alla məni evinə şam yeməyinə dəvət etdi. Biz az olduğumuz üçün masadakı "pasxa" bayramı üçün hazırlanan yeməklərin yox olmasını başa düşmədik. Allanın ev xidmətçisi Lyusya:

- Ümumiyyətlə, soyuducuda da heç qalmayıb. Kimsə ərzaq ehtiyatının hamısını aparıb.

-... Başqa şeylər yoxa çıxmayıb ki? - deyə Yevgeni Boldin (1985-1993-cü illərdə Puqaçovanın əri) maraqlandı.

Lyusya bir müddət evə nəzər yetirdikdən sonra sevincək elan etdi:

- Yevgeni Barısıç, bir sizin üz qırxanınız yoxa çıxıb.

Boldinin rəngi qaçdı.

... Ət dəhrəsi, divar peçinin maşası pol ağacı ilə silahlanaraq biz çağırılmamış qonaqları axtarmaq üçün otaqları gəzməyə başladıq. Lakin çarpayının altında, divanın arxasında, paltar şkafında, balkonda heç kim yox idi.

... Qəflətən bir milisin salafan paket olan əli bizə tərəf uzandı:

-Qəbul edin.

Ardınca göbələklə dolu tava, yağ butulkası kiçik maqnitafonu görən Kristina qışqırdı:

- Mən bunu bir neçə gündü axtarıram.- Az sonra - ana, bax, bu da sənin bjüteriyaların.

- Çoxdan burada qonaqsan? - deyə Puqaçova mehribanlıqla soruşdu. (məlum oldu ki, pərəstişkar havatəmizləyici turbada yaşayıb Puqaçovanın masasında olan yeməklərlə qidalanır) .

- Mən ki, sənə yazmışdım, amma sən cavab vermədin mən gəldim... - deyə çağırılmamış qonaq mızıldadı.

- Xudahafiz - deyə Puqaçova oğruya qapını göstərdi.

- Onsuz da mən sizin bütün mahnılarınızı əzbər bilirəm - sən o mahnıları yalnız mənim üçün oxumusan.

 

Kirkorov barədə

 

Qnesinski məktəbini yenicə bitirmiş hündürboylu, səliqəli, həmişə gülümsər gənc ifaçı Filip Kirkorov yaxınlaşdı.

- Alla xala, mən saçlarıma rəng əlavə etmişəm, eybi yoxdur ki?

... Filip Kirkorovun onda 22 yaşı var idi. Bəlkə elə o vaxt o, istədiyini bilirdi.

- Yaxşı oğlandı, amma bilirsən, onu bolqar estradasından özümüzə tərəf çəkməliyik - deyə Alla bir dəfə söylədi dediyini etdi .

Mənə elə gəlir ki, müəllimlik himayəçilik getdikcə daha çox arxa plana keçirdi. Puqaçova- müğənni Kirkorovu daha çox özünə çəkirdi.

Puqaçova özünə necə sevgili seçirdi?

-... Bu yaramır, "oxuyan qadın" filminin süjetlərini təkrar etmək nəyə lazım?

Biz saatlarla hər şeydən uzaqlaşaraq ya bu, ya da başqa mövzularda söhbətlər aparırdıq. Mən Puqaçova ilə aramızda olan dialoqların lent yazıları qalır.

         A.P. - Əvvəla mənə qəhrəman sevgili lazımdır. yoxsa maraqlı olmaz... Kim? (gülür) Pauls!

         İ.R. - Yaxşı onda Paulsu elə Pauls roluna dəvət edək.

         A.P. - Yox, yox bu əfsanə köhnəlib... Bəlkə Leontevi çağıraq?

         İ.P. - Cavandı.

         A.P. - Cavandı, cavandı... Başqa da heç kim yoxdu. (gülür). Bəlkə Kabzon?.. Düzdü, o çox ciddi adamdı! Sovet estradasının qəhrəmanına Sovet İttifaqı Qəhrəmanı lazımdı. (az fasilədən sonra) Ümumiyyətlə, mənim qəhrəman nəyimə lazımdı? Biz ki, razılaşmışıq. Hər şey olduğu kimi qalsın... Mənim bir sevgilim var - o da mahnılarımdı.

... Bax, biz belə işləyirdik.

 

"Əgər kitab yazsam, onda ölərəm"

 

... Müğənninin bu bu kimi qəzet səhifələrində bəzən adi salfet kağızlarında söylədiyi ifadələr mənim arxivimdə qalır.

"Heç kim mənə "Sən məni gözəlimisən!"... "Sevincim mənim!"... deməyib. Rozenbaum gəlir, eşidirəm deyir: "Milçək kimi vızıldama".

"Mən bilirəm - əgər kitab yazsam onda ölərəm. Ona görə bu məsələni uzadıram".

"Mənim 10 yaşım olanda əmin idim ki, məni göylərdən göndəriblər. Mən göndərilmişlərdənəm".

 

 

Ədalət.- 2010.- 24 aprel.- S. 19.