Ruha qida olan rəqslər
Azərbaycanda qədim rəqs ənənələrinin
yaranma tarixi
Azərbaycan
mədəniyyətinin qədim, milli ənənəsi olan sənət
nümunələrindən biri onun rəqsləridir. Azərbaycanda
rəqs sənətinin yaranması miladdan öncəyə təsadüf
edir. İncəsənətin bu növü haqqında tarixi məlumatları
maddi sübut kimi Qobustan qayaüstü rəsmlərindən
alırıq. Həmçinin digər yazılı qaynaqlarda
da kifayət qədər informasiya toplanmışdır. Dəyərli
fakt, mənbə kimi "Kitabi Dədə Qorqud"
dastanı əhəmiyyətlidir. Çünki bu kitabda azər
türklərinin məişət, milli mədəniyyət adət-ənənələri
özünün dolğun əksini tapır.
Rəqs sənətinin
meydana gəlməsinin bir çox səbəbləri
mövcuddur. Rəqslərdən ilk dəfə dini ayinlərin
icrasında istifadə olunmuşdur. Tanrıların, verilən
qurbanlar üçün ifa edilirdi. Uzun vaxt keçdikdən
sonra isə artıq rəqsləri çeşidli mərasimlərdə
görmək mümkün idi. Demək olar ki, incəsənətin
bu növü xalq məişətinə siraət edirdi. Taxıl
biçini, məhsul yığını, baharın gəlişi,
el şənlikləri üçün təşkil edilən
mərasimlərdə rəqslər tez-tez yer almağa
başladı. Daha sonralar rəqslər xalq adət ənənəsinin
əsas tərkib hissəsi hesab olunurdu.
Rəqsin ən
qədim növü "Yallı"dır. Çünki
tarixi eramızdan əvvələ təsadüf edən
Qobustan qayaüstü rəsmləri məhz "Yallı"
rəqsini təsvir edir. Xalq məişətinin qədim adətlərini
özündə ehtiva etdirən "Yallı" hesab olunur.
Həmçinin "Cəngi", "Ovçular rəqsi"
də qədimiliyi, milli mental dəyərlərimizin qorunub
saxlanılması baxımından bu qəbildəndir.
Tarix yeniləşib xalq
məişətindəki ənənələr
formalaşdıqca rəqslərin bir sıra növləri
meydana gəlməyə başladı. Bunlar toy, el şənlikləri,
bayram mərasimləri olmaqla çeşidli növləri var.
Xüsusən də toy adətləri, Novruz bayramı şənliklərində
ifa edilən rəqslər xalq arasında daha məşhurdur.
"Novruz bayramı", "Səməni rəqsi" yaranması
bayram şənlikləri üçündü. Məhz rəqslər
üçün seçilən adlarda da deyilənlər
öz əksini tapır.
Zəngin,
özünəməxsusluğu ilə seçilən Azərbaycan
toyları da rəqslərsiz ötüşmür. Toy şənlikləri
təşkil edilməmişdən qabaq hər kəsi
düşündürən şey rəqs etməkdir. "Qaytağı",
"Qoçəli", "Qazağı", "Uzundərə"
ən populyar toy rəqslərindən hesab olunur. O cümlədən
toy mərasimlərində "Yallı" getmək,
"Halay" çəkmək bir növ dəb
halındadır. "Yallı" və "Halay" əsasən
kollektiv şəkildə icra edilən rəqslərdir.
Rəqslər bəzən
ifa tərzinə görə qadın və kişi
üçün ilması ilə də iki yer ayrılır. "İnnabı",
"Mirzeyi","Cəngi" və s. kimi rəqs nümunələri
kişilər üçün nəzərdə tutulub.
Qadınlar arasında daha çox məşhur olan rəqslərsə
"Haxışta", "Halay" sayılır.
"Haxışta" rəqs növünün vətəni
Naxçıvandır. Bu rəqsdə əsasən
Naxçıvanın yerli adət-ənənəsi əks
olunur.
Ən məşhur
rəqslərdən biri "Vağzalı"dır. Toy rəqsi
kimi tanınır. Adətə görə bəylə gəlinin
toy çadırına daxil olması və
çıxması anında ifa edilir. İlk dəfə
"Vağzalı" Yevlax şəhərində dəmiryol
vağzalının açılışında icra
olunmuşdu. Adın da məhz bu səbəbdən verilməsi
kimi versiya da var.
Azərbaycan xalq adət-ənənələrinin
zənginliyi onun rəqslərini bədii cəhətdən
bir neçə növə bölür. Lirik, məzəli,
idman və başqaları rəqslərin çeşidli
növlərindən sayılır. "Vağzalı",
"Uzundərə", "Naz eləmə",
"Turacı" lirik, "Qıtqılda", "Məzhəkəli
rəqs" məzəli rəqs növlərə daxil edilirlər.
Qəhrəmanlıq, çeviklik kimi keyfiyyətləri
özündə cəm edən "Cəngi",
"Qılıncla rəqs" və başqaları idman rəqslərinə
aiddir.
Azərbaycan rəqslərinin
çeşid zənginliyi ilk növbədə onun adət-ənənəsinin
müxtəlifliyi anlamındadır. Azərbaycan
Respublikasının çox millətli olmasını nəzərə
alsaq onun incəsənətinin necə zəngin
olmasını görüb bilmək mümkündür. Belə
nəticəyə gəlinir ki, hər millətin öz adət-ənənəsi,
özünəməxsus mədəniyyəti var. Bütün
sadalanan bu cəhətlər dünya miqyasında Azərbaycanın
zəngin mədəniyyət ölkəsi kimi
tanınmasında stimuldur.
Bu rəqslərin mahir
ifaçıları da incəsənətin bu
növünün tanıdılmasında əvəzsiz xidmətləri
olmuş əhəmiyyətli şəxsiyyətlərdir. Əminə
Dilbazi, Afaq Məlikova, Təranə Muradova, Əlibaba Abdullayev
kimi ünlü rəqqaslarımızın ifasında rəqslərimiz
tnıdılıb sevilmişdi. Əksəriyyət onların
simasında "Turacı"nı,
"Vağzalı"nı, "Halay"ı, "Uzundərə"ni
tanıdı. Məhz onların çıxışları
yersiz erməni iddialarını yerə vurdu. Əminə
dilbazinin, Afaq Məlikovanın ifasında
"Turacı"nın bizə məxsus olmasını
"oğru" millət əyani olaraq gördü.
"Turacı" da erməni yox azəri dəyərinin əks
olunması bilindi.
Bu gün isə xalq məişətini
özündə birləşdirən etdirən milli rəqslərimizin
qorunub saxlanılması işində qiymətli rolu olmuş tək
şəxs bəstəkar Üzeyir Hacıbəyovdur. Onun
xidmətidir ki, rəqs ənənələrimizin
unudulmaması üçün Azərbaycan Dövlət
Mahnı və Rəqs Ansambılı təşkil
edilmişdir.
MƏNSUR RƏĞBƏTOĞLU
Ədalət.- 2010.- 27 aprel.-
S. 5.