Dünya Azərbaycanın
hansı elminə qibtə edir?
Akademik Mustafa Topçubaşovun özəl
cərrahiyyə üsulları
Azərbaycan tibb elminin tanınmış isimlərindən biri alim-cərrah Mustafa Topçubaşovdur. Onun tibbin cərrahiyyə sahəsindəki yenilikləri əhəmiyyətlidir. Tibb tariximizdə Topçubaşov doktorluq dissertasiyasını müdafiə edən, həmçinin də Sosialist Əməyi qəhrəmanı adına sahib ilk həkimlərimizdəndir. Özünəməxsus, orijinal cərrahiyyə üsulları ilə fərqlənib. İntellektual səviyyəsi tibbdə bir sıra sıçrayışlar etməsinə imkan yaradıb. Bunun sayəsindədir ki, seçilən həkim kimi M.Topçubaşov həmişə qibtə olunan tərəf olub.
Almaniya təcrübəsinə yiyələnməsi də onun yüksəlişi üçün stimul rolunu oynayan amillərdəndir. Xalq arasında Mustafa həkim haqqında belə bir deyim vardı-"qızıl əlli" cərrah. Əslində bu fəxri adın ona verilməsi səbəbsiz deyildi. Topçubaşov nadir tapılan təbiblərdən sayılır. Onun əsas özəlliklərindən başlıcası əməliyyat masasına uzandırdığı xəstəsinin psixoloji vəziyyətini əvvəlcədən öyrənməsindəydi. Nəticə etibarilə bu şakəri onu xalqa sevdirmiş, işində müvəfəqiyyət qazadırmışdı.
O, həmçinin Azərbaycanın
ilk akademiklərindəndir.
1945-ci ildə AMEA-nın,
1960-cı ildə SSRİ Tibb
Elmləri Akademiyasının
həqiqi üzvlərindən
biri olub. Professor dərəcəsinə
30-cu illərdə sahib
çıxıb. M.Topçubaşov
bu ada "Malyariya spenomeqaliyasiyasının
kliniki patoloji və cərrahiyyə müalicəsi" elmi işinə görə yiyələnib. Piroqov adına Cərrahlar Cəmiyyətinin, həmçinin
Çexoslovakiya, Türkiyə,
Rumıniya, Bolqarıstan
Cərrahlar Cəmiyyətinin
üzvü olub.
"Xüsusi cərrahiyyə"
kitabı, "Portal hipertaniyanın
cərrahiyyə müalicəsi"
monoqrafiyası akademikin
əsas elmi işlərindəndir.
Topçubaşovun ağrısızlaşdırma problemində analgezdən istifadə üsulu.
Əməliyyat prosesi zamanı özünəməxsus xüsusiyyəti ilə seçilən üsullarını o, uğurla tətbiq edirdi. Topçubaşovun cərrahiyyədə özəlliyi ilə seçilən əməliyyat növləri insan bədənində sınmadan sonra vücudda əmələ gələn fəsadlarla bağlıdır. Alim-cərrahın xüsusi operasiya taktikası sırasına kraniaplastikanın yeni üsulu, kəllə zədələnmələrində yaxın nahiyyədən götürülmüş sümük hissələri ilə zədənin bağlanması, periferik sinirlərin zədələnməsi nəticəsində ətraflarda əmələ gəlmiş, yanıqlarda parafin appilaksiyası və b. aiddir.
İkinci Dünya müharibəsi illərində durmadan artan yaralıların müayinəsini rahatlaşdırmaqçün
analoqu olmayan aləti ixtira elədi. Alətin əsas
xüsusiyyəti insan
bədənində ilişib
qalmış qəlpələrin,
güllələrin və
başqa küt əşyaların yerini təsbit etməkdən ibarətdi. Portativ aləti istənilən yerdə işlətmək
mümkündür. Bəzən
Rentgen cihazının
yerinə yetirə bilmədiyi funksiyanı M.Topçubaşovun ixtirası
ilə asanlıqla yerinə yetirirdi. Bu sovet tibb
aləmində yenilikdi.
Akademik Mustafa Topçubaşovun 1938-ci ildəki əsrarəngiz kəşfi isə tibb elmində inqilab-çevrilişdi. Topçubaşov soyadı cərrahiyyədə yeniliyin carçısı idi. O, cərrahiyyə əməliyyatı zamanı ağrısızlaşdırmaq üçün analgezdən istifadə etmək üsulunu kəşf etdi. Tibbdəki bu sıçrayış azərbaycanlının adı ilə bağlıdır. Avropa və SSRİ cərrahları yeniliyi üçün M.Topçubaşovu alqışladılar. 30-cu illərin sonundakı sovet mətbuatının-qəzet və jurnalların tək mövzusu azərbaycanlı cərrahın müdhiş tapıntısı idi. Elmi işini davam etdirən alim tezliklə analgezin məhlulunu hazırladı. Bundan dərhal sonra isə "Analgezin" preparatları istehsal edildi.
Analgezdən istifadə üsuluna görə akademik Mustafa Topçubaşov Vişnevski medalı ilə təltif olundu.
Qısa müddətdən
sonra alimin tapıntısı ilə
dünya tanış idi. Şərq, Qərb bunu təqdirə layiq, əhəmiyyətli hesab edirdilər. Hətta, bir müsəlmanın
bu uğurunu həzm edə bilməyib saxtakarlıq edənlər də vardı. ABŞ da Artuzio "Davamlı Analgeziya" üsulunu öz adına çıxaraq elm ictimaiyyəti qarşısındakı
çıxışı dünyada
yenilik adlandırıldı.
Amerikalının "elmi
işi" plagiatçılıqdı.
Artuzio hər şeydən xəbərdardı və bu saxtakarlığı bilərəkdən edirdi.
O, analgeziya üsulu haqqında Topçubaşovun
kitabı ilə Avropadan əvvəlcədən
tanış idi. Lakin sonralar ittifaq səviyyəsində
hər şey öz həllini tapdı. Artuzionun səbəbsiz iddialarla tənqid olunaraq ifşa olundu.
Dünya artıq Mustafa Topçubaşov
kimi dünya əhəmiyyətli alimlərimizi
tanımalı, qəbul
etməlidir. İstər
tibb, istərsə də digər dünyəvi elmlərə
töfhələrini verəcək
qədər zəka sahiblərimiz var. Biz də onları
tanıyaq!..
M. RƏĞBƏTOĞLU
Ədalət.- 2010.- 27 aprel.- S. 5.