Adət-ənənələr
Mental dəyərlərimizi
xalq necə tanıyır?
Azərbaycan xalqının yaratdığı
minillik mədəniyyəti
özünün estetik
zövqü, milli xüsusiyyəti ilə səciyyələnir. Qədim Azərbaycan ərazisində
xalq formalaşmağa
başlayandan onun incəsənəti, musiqisi,
təsviri sənəti,
bədii, elmi təfəkkürü də
müəyyən şəkil
almağa başladı.
Ölkənin yerləşdiyi strateji mövqeyə
baxmaq yetər ki, onun mədəniyyəti, məişət
xüsusiyyəti haqqında dünyanın çoxdan bilgili
olduğunu anlayasan. Doğu ilə Batı
arasında qapı rolunu oynayan qədim Azərbaycan ərazisində
xalq adət-ənənələri, kültür miladdan daha əvvəl
şəkillənmişdir. Misal
üçün Qobustan qayaüstü rəsmlərinin
yaşı əsrlər, qərinələrlə
ölçülür. Bu da ona dəlalət
edir ki, bu xalqın musiqi ənənəsi şox qədimdir.
Əsrlər bundan qabaq biz musiqi dinləmiş,
rəqs etmişik. Demək olar ki, sivilizasiyanın musiqi
ilə
Söz yox ki, xalqımızın
məişət adət-ənənələri
Azərbaycan mədəniyyətinin
əsas tərkib hissəsidir. Əhalinin məişət
həyatında bu gün də qorunub saxlanılan bu mental dəyərlər
əhəmiyyətlidir. Onu Azərbaycan
kültürünün ayrıca sahəsi kimi öyrənsək
bir neçə istiqamət yaranacaqdır. Vaxtilə köçəri xalqların əsas
oturaq məskəni olduğundan xalq adət-ənənələrində
müxtəliflik mövcudddur. Həmçinin
İslamın dini adətləri də yerli xalqın
mentalitetində bir sıra dəyişikliklər etmişdir.
Hər zaman nəsil yeniləndikcə
yaşlı adamlar belə deyirlər: "O vaxtı belə deyildi!". Əcəba
biz dəyişmişikmi? Əksəriyyət
isə heç də adət-ənənələrimizin
yoxluğa sarı getmədiyi qənaətindədir. Xalq iki ziddiyyətli fikirlərdən hansının
daha doğru olduğunu yalnız onda bilər ki, mətbuat
tariximiz, mədəniyyətimiz, elmimizin keçmişi barəsində
araşdırmalar aparsın. "Bizim
tarix" layihəsi bu missiyanı yerinə yetirməyə
çalışır.
Mənsur
Ədalət.- 2010.- 27 aprel.- S. 5.