DƏRVİŞ SEVDALI ŞAİR

 

Salam, 55 yaş!

 

Bir neçə gün bundan öncə nəşriyyatın dəhlizlərindən birində qarşılaşdıq, hal-xoş etdik. Gördüm ki, yenə özündə deyil, yenə dərvişliyi vurub başına, yerlə, göylə didişir. Təkcə didişmir e, həm yerə-göyə meydan oxuyur. Bilənlər onun bu durumunu göydə anlayfırlar, göydə tuturlar. Bilməyənlərə isə bir az qəribə gəlir. Özü bilir bunugheç bərkini tutmur. Deyir ki, mən bir dərviş Vəliyəm. Dünyaya Sibirdə gəlmişəm, Azərbaycanda böyümüşəm, bu torpağın dərvişi kimi yaşayıram...

, mən onunla qarşılaşanda gözlərindən qəribə bir işıq süzüldüyünü hiss etdim. Anladım ki, şair qəribə bir ovqatdadı. Amma doğrusunu deyim ki, qədər cəhd etsəm anlaya bilmədim bu işığın, bu qığılcımın səbəbini. məcbur olub özündən soruşdum.

- Ayə, a qıvlasız, 55 döyür dana qapımı!..

Dərvişin bu sözləri mənə bəs etdi. Bəs etdi deyəndə ki, dərhal onun özünün ilham pərisinin yazdığı beytlər düşdü. Vəli Xramçaylı, yəni dərviş Vəli ilham pərisinə yazıb ki:

 

Bir yaz günündə gəldin dünyaya

Ad günün mübarək, ay ilham pərim.

 

Bax, elə bu misraları mən bir balaca düzəlişlə onun özünə ünvanladım. Dedim ki:

 

Bir yaz günündə gəldin dünyaya

Ad günün mübarək, ay dərviş Vəli!

 

Bu səmimi zarafatın ardınca içimdə Sarı simin dinləndiyini hiss edib özgə heç demədim. İstədim ki, onun 55 yaşına ərmağan edəcəyim düşüncələrim bir dost sürprizi olsun. Çünki şairlər həyatda ən çox diqqət möhtacı olublar, diqqəti seviblər. Ondan başqa şairlərin nəsə umduğunu, istədiyini görən olub, eşidən. Hətta Vəli Xramçaylı yazıb ki:

 

  Heç istəmirəm dünyadan, heç

  Bir misram dolanıb gəzə dünyanı.

  Xəyalım qoşula durna köçünə,

  Yenə öz səfinə düzə dünyanı.

 

Bu istəyin müxtəlif çalarlarını öz şair qələmiynən oxucuya çatdıran Vəli Xramçaylı bir neçə kitabın müəllifidir. O kitabın hamısını bitdə-bitdə oxumuşam. Hər misradan, hər beytdən xəbərim var bir az təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, dərviş Vəlinin ən yaxşı oxucularından biri elə mənəm. onunla yanaşı Azərbaycanın ikinci dərvişi mənə son dərəcə doğma olan dərviş Cavanşir Eloğlunu da poetik ruhuna görə, hərdən Vəli ilə eyniləşdirir, onların söz dünyasında gəzişəndə özümü çox rahat , həm elə onların günündə hiss edirəm. Çünki dərvişlik , şamanlıq da təkcə yer üzündən qopub ayrılmaq, ruhlar aləmində özünü rahat hiss etmək deyil. O həm yerin, insanların ağrı-acısını, qayğılarını özünə hopdurub onunla nəfəs alan, onunla yaşayan bir bəndə olmaq deməkdi. Bu mənada Vəli Xramçaylının yazdığı şeirdə deyildiyi kimi:

  

   Bu dünyanın yolları var,

   Bir-birindən seçmək olmur

   Körpüsü var bu dünyanın

   Körpüsündən keçmək olmur.

 

Belə baxanda təzadlı fikirdi. Amma həm keçilməz yolların, keçilməz körpülərin olmasıyla olmaması arasında bir zaman kəsiyi var, bir gerçəkliyi var. Bax, dərviş Vəli onu görür, ondan danışır bizə. Şeirləri daha çox xalq ruhuna, folklora söykənən dərviş Vəli təkcə gördüklərini, düşündüklərini deyil, həm yaşadıqlarını özünün iştirakçısı olduğu məqamları da yana-yana, təkrar yaşaya-yaşaya sözə, misraya çevirənlərdəndi. Bütün bu yaşanan yazıya çevrilən Vəli Xramçaylı dünyası qoşma, gəraylı, təcnis donunda oxucu ilə üz-üzə gələndə həmin o ruh, həmin məqam özünü oxucuya təslim etməklə yanaşı, oxucunu da öz qoynuna alır. Maraqlıdır ki, Vəlinin şeirlərində poetik məkan son dərəcə böyük, üz tutulan ünvan isə yalnız şairə aid olan, oxucunun isə xəyalən təsvir etdiyi ilahi bir gücdür, ilahi bir varlıqdır.

  

  

   Bu dərdi bölməyi kimə gənəşim?

   Onu mənim kimi kim duyacaqdı.

   Qəfil dan yerində doğub günəşim

   Sözümün sehrini oyadacaqdı.

   vaxtdır uyuyub yatır sərində

   vaxtsa bir gündə günün birində-

  

   Bəli, günlərin birində özünə qayıdıb öz sözü ilə, öz nəfəsi ilə oxucusunu sevdirəcəyinə inanır dərviş Vəli Xramçaylı. inana-inana da deyir ki:

  

   Eh, deyim belə ömürə

   Yanıb, döndüm kömürə.

   Gözün aydın, Yunis İmrə

   Bir dərvişəm yer üzündə.

 

Həyat şairlər üçün o vaxt mənalı, o vaxt gözəl olur ki, onda qələmlə, yazı masasıyla baş-başa, üz-üzə qalır onunla kağız arasında körpü rolunu oynayan qələmdən başqa heç kim, heç gözünə görünmür. Həmin anların gözəlliyi bütünlüklə şeirə çevrilir :

  

   Bu yer daha mənlik deyil

   Kim deyir ki, tünlük deyil

   Dərviş Vəli sənlik deyil,

   Nolar apar, ulu Tanrı

   Apar məni göy üzünə.

 

55 yaşını bu gün qeyd edən dərviş Vəli Xramçaylı sevinci kədər kimi, kədəri sevinc kimi çox rahatlıqla qəbul edir. Hər ikisinin əlini sıxmağa özündə güc qoruyub saxlayır bu gücü ona verən ilhamıdı, qələmidi bir:

  

   Dünya yaman qalmaqaldı

   Oxunmamış sınıq valdı

   Dərviş Vəli əhli haldı

   Süz, badəni, qaldır içək.

 

Düşünürəm ki, 55 yaş dərviş Vəli üçün Allahın verdiyi ömrün bir əlamətdar payıdır. Yəni onun, onun çevrəsinin, ailəsinin, dostlarının bəhanə edib sevinəcəkləri, şairi xərcə salacaqları bir tarixdir. Onsuz da bizlər həmişə bəhanələrdən yapışıb üzü sabahlara getmişik. İndi qardaşım Vəli Xramçaylı, yəni dərviş Vəli edir, necə edir deyə bilmərəm, amma yəqin ki, 55 yaşın şərəfinə süzüb içmək üçün bəlli nemətlərdən tədarük görəcək. Axı onun şəninə deyiləsi hələ o qədər sözlər var ki...

  

  

Əbülfət MƏDƏTOĞLU