DÜNYA
Bir topa buludam, bir qucaq
külək,
Qovuşa bilmirəm yağışa,
dünya.
Bir ümman
arzuyam, kiçik bir dilək,
Qarışa bilmirəm gərdişə,
dünya.
Bu qədər
pəncərədən baxa
bilmirəm,
"Su kimi
lal olub axa bilmirəm",
"başımı endirib
baxa bilmirəm",
Siyir qılıncını vur
başa, dünya.
Qaranlıq qəfəsdən
hayana itim,
O sınıq
körpüdən haraya
ötüm,
Çək yaxamdan
əlin, qoy çıxım gedim,
Dirəmə yolumu yoxuşa, dünya.
Güzar qüzeyədir,
güneylər çəndi,
Atım qaranaldı,
yol sürüşkəndi,
Aşinam ələmdi,
həmdəmim qəmdi,
Eşmə ürəyimin başını,
dünya.
Qızıl gül əkmişdim, tikalar bitdi,
Sevib qucduqlarım
uzaqdan ötdü,
Novruzun olanı
gümandı, itdi,
İç gözümün yaşın,
get yaşa, dünya.
TİKAN OLSAM ÖZ YURDUMDA BİTƏRƏM MƏN
Əğər cismim qismət olsa torpağa,
Apar haqqım
çatan yerdə dəfn elə!
Xəlvət yerdə
darıxaram, elimin –
Yolu, izi ötən yerdə dəfn elə!
O yerdə
ki, iməklədim, yeridim,
O yerdə
ki, ayaq tutdum, yürüdüm,
O yerdə
ki, əzizləndim, böyüdüm,
Uşaqlığım itən
yerdə dəfn elə!
O yerlərə
üz qarası olmadım,
Qanqalın da çiçək kimi qoxladım.
Darıxanda qucağında
toxdadım,
Gül-çiçəyi gülən yerdə dəfn elə.
Tikan olub öz yurdumda bitim mən,
Əlim çatsın,
kol-kosunu tutum mən,
Qoyma qürbət
türbələrdə itim
mən,
Doğmalarım yatan yerdə dəfn elə!
Məndən sonra nə qəmə bat, nə dərdə,
Elim harda, obam harda - mən orda,
El yolunda
bir təpə var, bax orda
–
Tər çiçəklər
bitən yerdə dəfn elə!
İşdir birdən
alınmasa gəlməyim,
Çətin olsa, baş tutmasa diləyim,
Nə fərqi
var, bunu bilim-bilməyim,
Tanrı Rəhmət bilən yerdə dəfn elə.
GEDİB
"Təzə
nə yazmısan?", - soruşan dostuma
Sordun: - Təzə
nəyin vardır?
İlham məni atıb gedib.
Sevda adlı
sövdəgarım,
Mətahını satıb gedib.
Sözdən qala quranlar var,
Söz sultanı
ərənlər var,
Ruh tək göydən gələnlər
var,
Söz sərrafın tapıb, gedib.
Nə qalıb ki, nə də yazım?
Boyat sözlər kimə lazım.
Gordur ki,iynəylə qazım
–
Söz yükünü çatıb
gedib.
Nəğmələrim ötür
pəsdə,
Yox qəlbimdə
o həvəs də,
Yaşayıram dar qəfəsdə,
Bəxtim yaman yatıb gedib.
Gülzarıma çən
düşübdü,
Yanağıma nəm düşübdü,
Sevinc məndən
gen düşübdü,
Gəmim dərdə batıb gedib.
BAĞIŞLASIN
Gəlib çata
bilmədiyim,
O dağ
məni bağışlasın.
Meyvəsini dadmadığım,
O bağ
məni bağışlasın.
Könlüm ocağa
çəkirdi,
Ayağım köndələn
çapdı,
Mən itirdim tapan-tapdı,
Məni bağışlasın.
Ürəyimin zümzüməsi,
Anaların can nəğməsi,
Uzaq düşmüş
nəni səsi
Məni bağışlasın.
Könlümün sultanı
olan,
Həsrəti canımı
alan,
Gözü hələ
yolda qalan,
Məni bağışlasın.
Yürüdüm, çata
bilmədim,
Acısın uda bilmədim,
Vüsala çata
bilmədim,
Məni bağışlasın.
Məni məndən
alan illər,
Gətirən, götürən
yollar,
Laylayımı çalan
dillər
Məni bağışlasın.
BİRCƏ SƏTİR YAZ
Bir torpağın
oğluyuq,
Dağların sinəsində
İki kənd, iki təpə.
Aradan bir çay axır,
Suyu ağ, günü qara.
Dağların sinəsində,
Təpənin qucağında,
O çayın
sahilində,
O tayda sən yürüdün,
Bu tayda mən yeridim.
O yurdun,
o ocağın,
Pişəsindən güc aldıq,
Öyüdündən məhəbbət,
Dil olub ötmək üçün,
Güc olub yetmək üçün.
Böyüyərək bərkidik,
Sabaha getmək üçün.
O dağın,
o təpənin,
O kəndin,
o dərənin,
O havanın,
o suyun,
İlahi qüdrətindən,
Sənə sözdən
səltənət,
Hikmətdən pay düşübdür.
Mənə qaydasız
oyun,
Bol hay-haray düşübdür.
Qalıb ya getməliyəm!
Qarşısında durduğum
Bu çaysa
çox dərindir,
Ürəyimdə hənirti,
Ayaqlarım yalındır.
Bir körpü
at o taydan,
Qoy bu taya keçim mən.
Sən varsan ölməyim mən.
Səndən umacağım
var!
O üstündə
gəzdiyin,
səmasında süzdüyün
Göy Tanrıdan
pay olan,
O göyümsov
buluddan
Bir azca pay ver mənə.
Bir çəngə
ver, bir əlçim,
Gözüm üstə qoyum mən.
Şehə dönsün,
ərisin,
Qarışsın göz yaşıma.
Damcı-damcı yaş olsun,
Qətrə-qətrə içim mən.
Bir balaca söz olsun,
Lal olub qalmayım mən.
Taxtın nəyimə
gərək,
Baxtın da səninkidir,
Duyğunsa söz mülküdür
Havasında üzürsən.
Üzdüyün o havadan
Bir udum ver
Udum mən.
Bircə kəlmə
söz olsun
Qürrələnim, gülüm mən.
Bulaqsan, qaynayırsan,
O çeşmə
çox tanışdır.
Ya o bulaqdan
su ver,
Bir qurtum da içim
mən.
Nisgilli köçməyim mən.
Ya da bir xahişim var,
Ölümümə bircə
bənd,
Bircə söz yaz, sən Allah
Qoy əbədi
yaşayım,
Daha heç ölməyim mən.
BÜKÜN MƏNİ QUNDAĞIMA
Büküb məni
qundaq elə,
Qaytar, o dünyama apar.
Qoy beşiyə,
as ağacdan,
Düşmərəm, budaqlar tutar.
Quşlar haray-həşir
salsın,
Ötsün budaqdan-budağa,
Alacəhrələr oxusun,
Nəğmə desinlər, qonağa.
Çırpınım, çıxım
qundaqdan,
Pöhrələr sıxsın
əlimi,
Yarpaqlar yelpiyə
dönsün,
Öpsün, oxşasın telimi.
Sonra götür,
düşür yerə,
Torpağı qucum, qoxlayım.
Ayağıma tikan batsın,
Bir az ağlayıb, toxtayım.
İməkləyim dizin-dizin,
Addayım, keçim otağa.
Yorulmuşam, dincim alım,
Girim soyumuş yatağa.
Yox! Yatmayım,
dözüm hələ,
Baxım, nəyim qalıb orada.
O başdakı
çarpayıda,
Qığıldayan tifil harda?
Baxıram, görə
bilmirəm,
Yoxdu, otaqdan qaçıbdı.
Bir Allah bilir
hardadı,
Evdən, həyətdən uçubdu.
Vaxtdır seçim
etməliyəm,
Bilmirəm gedim, ya qalım?
Getsəm yenə
küsəcəksən,
Sarılım qoynunda yuxulayım.
Bu qundaq yaxşı böyükdü,
Burdaca bükülüm, qalım.
Bu beşik
də çox genişdi,
Burda rahatca uzanım.
Bu ağac
da qarağacdı,
Başımın üstündən
asım
Ən rahatı
bu torpaqdı,
Burdaca uyuyub, yatım...
GƏRƏKSİZSƏN, GƏRƏKSƏN...
Tanıdıqlarıma
Sən quş qonmaz uca bir
dağ,
Ya ün yetməz, ya ümman ol-
Ol, nəyimə gərəksən?!
Yerişindən yer titrəyən
Qüdrətli bir
"qəhrəman" ol-
Ol, nəyimə gərəksən?!
Çox güvənmə
sərvətinə,
Düşəyib işin
içinə,
Hər nə etmək qüvvətinə
Sahib olan bir divan ol-
Ol, nəyimə gərəksən?!
Qanmaz ikən
el qandıran,
Odsuz, alovsuz yandıran,
Yıxan, ocaqlar söndürən
Bir vahimə,
bir tufan ol-
Ol, nəyimə gərəksən?!
Girləyib boyun basmısan,
Çox günahsız
can yıxmısan,
Ay haqsız,
haqdan qaçmısan
İstər ölüm,
istər qan ol-
Ol, nəyimə gərəksən?!
Ədalətli, cəsarətli,
Haqq aşiqi,
dəyanətli,
Qəlbi vətən
məhəbbətli
Millət qəhrin
sən çəkən
ol-
Ol, sən
mənə gərəksən!
Haram loğma
ötürməyən,
El adını
batırmayan,
Yad minnətin
götürməyən
Bu millətə
sən qurban ol-
Ol, sən
mənə gərəksən!
Yüz əyrini
bir düz kəsər,
Çaylar dənizə
tələsər,
Qorxu, hədə
etməz əsər
Mərd, mübariz
bir insan ol-
Ol, sən
mənə gərəksən!
Ikim ki millət sərbazıdı,
Ya şəhiddi,
ya qazıdı,
Allah da ondan razıdı
Bu rütbədə
sən sultan ol-
Ol, sən
mənə gərəksən!
Novruz
NƏCƏFOĞLU
Ədalət.- 2010.- 30 aprel.- S. 7.