Xalq bayramları

 

Milli bayramlardakı zərdüştlük izləri

 

Azərbaycan mədəniyyətinin əsas hissəsi kimi milli bayramlar xalq məişət ənənəsinin aynasıdır. Azər türklərinin adət-ənənələrinin göstəricisi olan milli bayramlarımızın tarixiliyi qədimdir. Azərbaycanda hələ əskilərdən bayramların təşkili müəyyən hadisələrlə bağlı olub. Baharın gəlişi, məhsul yığımı, taxıl biçini, topaq əkini başqa gündəlik məişət işləri ilə əlaqədar qeyd edilib. Azərbaycan xalqının əkinçilik maldarlıq kimi təsərrüfat işlərinə bağlılığını hələ zərdüştlükdən hələ qabağa getdiyini nəzərə alsaq onun bayramlarının tarixi yaşında böyük rəqəmlər hesablamış oluruq. Vaxt ötüb tarix yeniləndikcə bu adət-ənənələr mədəniyyət tarixinin saralmış köçdü. bir kültür göstəricisi halına döndü. İnsanların modernləşməyə can atdığı indiki dövrdə bu özəl gələnəklər hələ qorunur.

Qədim Azərbaycan türklərinin məişət ənələri ilə şəkillənib ortaya çıxan Novruz bayramının yaranması tarixi isə çox əskidir. İlk vaxtlarda da bayram baharın gəlişi üçün qeyd edilib. Torpağın, suyun, havanın təravətlanməsi təsərrüfat insanıçün əsasdı. Hələ Novruz bayramı meydana gəlməmişdən qabaq bunlarla əlaqədar kiçik şənliklər təçkil olunurdu. İldən-ilə bu hal kəskinləşdi. xalq bayramı səviyyəsinə kimi yüksəldi.

Novruz bayramı həmçinin qədim azər türklərinin dini inanclarını əks etdirir. Bayramın zərdüştlüklə bağlı olduğunu da iddia edənlər var. Tədqiqatçı alimlərin əksəriyyəti atəş, hava, torpaq, su kimi ünsürlərin yer almasına görə Novruzun atəşpərəstlikdən gəldiyi qənaətindədirlər. Fərqli versiyada isə bayramın yaranmasının zərdüştlükdən qabağa getdiyi söylənilir. bununla bağlı "Avesta"da müəyyən nişanlar var. Ümumulikdə isə bayramın qeydi günlərində tonqalların çatılması bir növ xalqın qədim dini inanclarından doğur. İnsanların hələ oda müqəddəs varlıq kimi baxçaları Novruz gələnəklərinin Zərdüşt dini ilə bağın olması şübhələrini artırır.

Novruz bayramına hazırlıq ilin son dörd həftəsindən başlanılır. Bayramadək dörd çərşənbə qeyd edilir. Bunlara su, od, hava, torpaq çərşənbələri aiddir. Çərşənbələrdə tonqal çatılması, növ-növ yeməklərin, çeşidli şirniyyatların hazırlanması adət halındadır. Bişrilən yeməklər sırasında plov mütləq olmalıdır. Xüsusən çərşənbələr vaxtı həyət-bacanın təmizliyi əsas sayılır. Əks halda xalq inanclarına görə təzə illəri pis gələ bilər. Tanrının onlara qəzəbi tutar.

Türk atalar sözlərinə görə "Qəmbərsiz düyün olmadığı" kimi səmənisiz Novruz olmaz. Səməni bayramın əsas rəmzidir. səməni bərəkət, bolluq nişanəsi hesab olunur.

Bayram ərəfəsində pəhləvanların qurşaq tutub güləşməsi, kəndirbazların müxtəlif əyləncəli nömrələr göstərməsi, aşıqların camaat qarşısında el havaları söyləyib dastan demələri dəbdi. O cümlədən, papaqatdı, qodu-qodu gəzmək, kosa-kosa getmək Novruz adətləridir. "Xanbəzəmə", "Xan-xan", "Şahşahı" bayramda oynanılan oyunlardır. Bayram günündə, çərşənbələrdə qızların qulaq falına çıxmaları Novruz ənələrinə daxildir.

"Xıdır Nəbi", Mihrican, Abrizəgan da azər türklərinin qədim bayramlarıdır. Bunlar da xalq məişəti ilə bağlı ortaya çıxıb. "Xıdır Nəbi" bayramıda xalq arasında baharın gəlişi üçün qeyd olunurdu. Hal-hazırda "Xıdır Nəbi" ənənəsi əfsanəyə dönüşüb, qeyd olunmur.

Novruz bayramı ilə Abrizəganın müqayisəsindəki oxşarlıq onların hər ikisində zərdüştlük əlamətlərinin yer verilməsindədir. Novruzdan fərqli Abrizəgan bayramında zərdüştlük dəyərləri daha çox üstündür. Bayramın qeyd olunma vaxtı da "Avesta" təqviminə əsaslanır. Abrizəgan bayramının özəlliyi su ilə bağlı qeydindədir. Su aydınlıqdır, sözlərini əsas tutaraq insanların biri-birlərinə su çiləmələri, itələyib suya yıxmaları Abrizəgan ənənələri olub. Həmin gün evlər su ilə yuyulub təmiz tutulurdu ki, qalan günlər su kimi şəffaf olsun. Orta əsr tarixçisi İsgəndər Münşi özünün "Tarixi Aləm arayi Abbasi" əsərində Abrizəgan bayramı barəsində yazmışdır. Onun yazılı qeydlərindən məlumdur ki, Səfəvilər sülaləsinin hakimiyyəti illərində Azərbaycan İranda bayram xüsusi coşquyla keçirilib.

Azərbaycan xalqının yaratmış olduğu nəhəng mədəniyyət tarixi isə sevimli nağıl kitabı kimidir, çevirib-çevirib oxumaq istəyirsən.

  

  

Mənsur

 

Ədalət.- 2010.- 30 aprel.- S. 5.