YAXŞILIQLAR ÜÇÜN
DOĞULAN ŞAİR
Hər bir yaradıcı şəxsin həyat hadisələrinə
aid təsəvvürləri,
görüşləri və fərqli münasibətləri olur. Eyni zamanda
bu baxışlar, təsəvvürlər
məxsusi bir yönümdə inkişaf edir, poetik ovqatda cilalanır. Yaradıcı insanı fərqləndirən əsas
cəhət onun həyata, insana,
dəyərli amillərə olan fərdi
münasibəti, eləcə də bu məziyyətləri
sənət, şeir, poeziya
dili ilə şövqləndirərək,
onun fəlsəfi mahiyyətini bütün gözəlliyi ilə sərgiləyə
bilməsindədir. Həyatın, cəmiyyətin, insanın
gözəllik və qəribəliklərini görmək, təxəyyül
vasitəsiylə onun bütün
xüsusiyyətlərini duymaq məharəti,
təbii ki, istedadın təzahürüdür.
İstedad Uca
Tanrının insana bəxş etdiyi ən qiymətli mənəvi
xəzinədir. Hər bir istedadlı insan
çalışdığı, fəaliyyət göstərdiyi
sahədə özünəxas düşüncə tərziylə,
duyğularla seçilir, fərqlənir. Bütün
bunları nəzərə alıb demək olar ki, həyatda,
cəmiyyətdə seçilmək xüsusiyyətləri
istedadın təbiətinə xas olan ən ümdə cəhətlərin
inikasıdır.
Hər bir
yaradıcı insanın inkişafı, tərəqqisi, mənəvi
zənginliyi, əxlaqi paklığı onun vətənpərvərliyi,
yurda səmimi qəlbdən bağlılığından
başlanır. Sadalanan bu xüsusiyyətlər olmadan həqiqi
yaradıcılıq sahibi olmaq, əsl vətənpərvər
ziyalı kimi formalaşmaq mümkün deyil. Söz sənəti,
ədəbiyyat, mədəni tərəqqi onun əsl təmsilçilərinin
simasında əyaniləşir, formalaşır, inkişafa və
tərəqqiyə başlayır. Bu bir ədəbi faktor
olaraq, hər bir istedadlı fərdin
yaradıcılığında öz ədəbi təsdiqini
tapır. Ədəbiyyatı, bədii sənəti şərtləndirən
amillər fərdi xarakter daşıdığı üçün
hər bir qələm sahibinin özünəməxsus sənət
dünyası, duyğu və düşüncələri, cəmiyyətə,
həyata münasibəti onun ədəbi-bədii surətini
göz önündə canlandırır.
Bu sadalanan cəhətlərlə
isə hər bir istedadlı fərdin yaradıcılıq
imkanları, yazı manerası dəst-xətti, ifadə tərzi
təsdiqlənir. Bu mənada poetik duyğularını
dolğun və sərrast şəkildə sərgiləyən,
qəlbi vətən sevgisiylə, məhəbbətlə,
eşqlə, gözəllik həsrətiylə
çırpınan istedadlı şairlərdən biri də
Novruz Nəcəfoğludur.
Novruz Nəcəfoğlunun
şeirlərində yurd və torpaq məhəbbəti,
bütöv azərbaycançılıq ideyası, milli
bütövlük, geniş anlamlı mənəvi sərvətlərin
poetik, estetik təzahürü öz əksini tapır.
Novruz Nəcəfoğlunun
şeirlərini oxuduqca insan sanki bir nağıl
dünyasına düşür və uluların dilindən
süzülüb gələn bu mənəvi sərvət
Adamı öz ağuşuna alıb çox-çox uzaqlara
aparır. Düşünürsən ki, yolun düz
ortasında saçlarını qərinələr
daraqlamış, alnında illərin möhnət izi
qalmış, çiyinlərində əsrlərin dərdini,
kədərini, sevincini, həsrətini, sevgisini daşıyan
bir insan dayanıb. Yollara baxdıqca, baxırg Yollarınsa nə
əvvəli, nə də sonu bilinmir.
Şairin diliylə desək:
Qulağıma səs düşübdü, nal səsi,
Qovur məni addım səsi, "Hal" səsi,
Bitən deyil dünyanın bu nəğməsi,
Səs də yükdü, daşıyan yol, tutan yol!
Poetik sözün obrazlı
formada ifadəsi, fikrin yerli-yerində işlədilməsi
şeirin bədii yükünü artırır. Eyni zamanda,
şair "Qulağıma səs düşübdü, nal səsi"
ifadəsiylə tarixi keçmişi varaqlayaraq babaların at
belindəki qəhrəmanlıqlarına işarə edir.
Novruz Nəcfəoğlunun
poeziyasında poetik təfəkkür ideya-estetik gözəlliyi
tamamlamaqla bərabər, həm də onu
dolğunlaşdırır.
Mən pisliklər üçün
doğulmamaışam,
Sözümü deməyə boğulmamışam.
Məni yamanlardan Tanrım qorusun,
Daşmağın olubdur, dağılmamışam.
Şair mənəvi dəyərlərin
keşiyində dayanaraq düzlüyü, saflığı əlində
bayraq tutub ümidini Tanrısına bağlamaqla mənəvi
ucalığa yüksəlir. Bununla o özünün
timsalında xalqın əyilməzliyini nümayiş etdirir.
Digər bir şeirində şair daha da dərinə gedərək
ixtiyar bir qocaya hörmət etməklə sanki, hamıya ibrət
dərsi verir və eləcə də misraları poetik fikirlərlə
heyranlıq doğurur. Doğma eldən gələn ixtiyar
qoca,
Bu payız ömrümə yaz gətirmişəm,
Kövrək xatirələr, həzin nəğmələr,
Ruhumu oxşayan saz gətirmisən,
Kövsər bulaqlardan, şiş qayalardan,
Haray gətirmisən, hay gətirmisən.
O doğma torpaqdan, mehr, məhəbbət,
Bir qucaq
dolusu pay gətirmisən.
Bu bədii nümunələrin
məğzində, poetik mündərəcəsində
özünü göstərən səmimiyyət,
ağsaqqala hörmət, saza, sözə vurğunluq,
torpağa bağlılıq şair qəlbinin ecazkar siqlətidir.
Vətən, millət, xalq anlamı demək olar ki, Novruz Nəcəfoğlu
poeziyasının əsas qayəsini təşkil edir:
Haram loğma ötürməyən,
El adını batırmayan,
Yad minnətin götürməyən,
Bu millətə sən
qurban ol –
Ol, sən mənə gərəksən!
Yüz əyrini bir düz kəsər,
Çaylar dənizə tələsər,
Qorxu, hədə etməz əsər,
Mərd, mübariz bir insan ol –
Ol, sən mənə gərəksən!
Şair bu misralarla mənəvi
dəyərlərin, xalqın, millətin keşiyində
dayanan və bu dəyərlərin paklığının
qorunmasında vətənpərvərlik mövqeyi
nümayiş etdirən insanı qəhrəman seçir.
Eyni zamanda burada özünün vətəndaş şair
mövqeyini bədii-fəlsəfi anlamda sərgiləyir.
Novruz Nəsəfoğlunun
yaradıcılığında məhəbbət mövzusu
da yaşıl bir xətt kimi inkişaf edir. O, poetik fiqurlardan,
fərdi-situativ məcazlardan istifadə edərək bu
yönümdəki fikirlərini oxucuya açıqlaya bilir.
Novruz Nəsəfoğlunun
şeirlərində bədii dilin sadəliyi aydın şəkildə
özünü göstərməkdədir. Onun şeirlərinin
əsas mənbəyi, əsas qaynaqları canlı xalq
danışıq dilinin ifadələri ilə sıx
bağlıdır.
"Məhəbbətim"
şeirindəki poetik düşüncələrin səmimi
ovqatı maraq doğurur:
Bir çıraqdır haqdan yanar,
Çəkdiyimi qanan qanar,
Bəxt evimə nə vaxt qonar,
Mənim vaxtsız məhəbbətim?
Göydə bulud - o, ahımdı,
Uca Tanrı pənahımdı,
Bəlkə elə günahımdı,
Mənim vaxtsız məhəbbətim?
Azərbaycan ədəbiyyatında
mütəmadi müraciət olunan qoşma üslubunda
şair ustalıqla öz qələmini sınayır və
uğurlu mətnlər ortaya qoya bilir.
Ümumiyyətlə,
Novruz Nəcəfoğlunun rəvan və təbii üslubu,
şeirlərin vəzn, bölgü, qafiyə və poetik
dilin digər elementlərindən məharətlə istifadə
etməsi onun istedadlı bir qələm sahibi olmasını
göstərir.
Poeziya yolunda ona tükənməz
enerji və uğurlar arzu edirəm!..
Xədicə Murad
Ədalət.- 2010.- 4 avqust.- S. 3.