Müasir həyatımız novellalar dili ilə
Toplumun, xalqın
inkişafını, ayaqda qalmasını insan münasibətlərindən
ayrı təsəvvür etmək mümkün deyil. Toplum
inkişaf etdikcə bu münasibətlər artmaqla birlikdə,
eyni zamanda son dərəcə mürəkkəb bir hal
almağa başlayır. Hal-hazırda bu insani münasibətlərin
sosial-mədəni həyatın bütün sahələrində
özünü göstərməsini söyləmək
mümkündür. Məişətdə, istehsalatda, təbiətdə,
elmdə, siyasətdə, hətta idmanda belə mürəkkəb
insan münasibətlərinin təzahürünü görmək
mümkündür. Bu spesifik münasibətlərin meydana gəlmə
səbəblərinin, çalışma mexanizmasını
araşdırması ilə əlaqədar problemlər demək
olar ki, bütün sosial bilim alanında çalışan
elm adamları ilə birlikdə sənət adamlarını
da daima düşündürən problemlərdən
olduğunu söyləmək mümkündür. Əslində
bu problemləri, daha doğrusu insan münasibətlərini əbədi,
daimi dəyişməkdə, təkmilləşməkdə
inkişafında olduğundan insanlığı
düşündürən əbədi problemlərdən
saymaq mümkündür. Unutmamaq lazımdır ki, toplum həyatı
insanların yaşam tərzi, dünya görüşü,
psixologiyası elmin, texnologiyanın inkişafı ilə əlaqədar
olaraq bir yerdə qalmır, o da bu inkişafa, dəyişgənliyə
uyğun olaraq daima dəyişir, yeniləşir, tərəqqi
edə bilir. Heç şübhəsiz insanlıq tarixinin
öyrənilməsi, sosial-mədəni həyatımızın
müxtəlif tarixi inkişaf mərhələlərində
müəyyən dəyişikliklərə uyması bu
baxımdan (xüsusilə sosial dəyişmə kimi bir fəlsəfi
fənnin ortaya çıxmasını belə qeyd etmək
mümkündür) ictimai elmin sahələri kimi ədəbiyyat
da incəsənət xadimlərini daim düşündürən
problemlərdən olmuşdur. Təbii ki, istedadından,
dünya görüşündən, həyat təcrübəsindən
asılı olaraq onlar bu zəngin insan münasibətlərinin
müəyyən tərəfinə daha çox meyl göstərmiş,
bu münasibətlərin dərinliklərinə psixolojisinə,
onları varındıran qaynaqlara və s. diqqət çəkməyə
çalışmışlar. Bu yaxınlarda işıq
üzü görmüş (13 novell Baku 2006) "13
Novella" kitabı da bir bu meyelin adın bir şəkildə
özünü göstərməsini müşahidə edə
bilərik. Kitabın müəllifi uzun illər tibb sahəsində
uğurla çalışmış tibb elmləri namizədi
Lamiyə xanım İsmayıldır. Tanınmış sənətkarlar
ailəsində böyümüş boya-başa
çatmış Lamiyə xanım (onun atası SSRİ xalq
artisti İsmayıl Dağıstanlı, anası isə
tanınmış sənətkar - rəssam, kukla ustası
Luiza Dağıstanlıdır) heç şübhəsiz ailədə
hökm sürən bədii-estetik mühitdən çox
şey əldə edə bilmişik. Kitabda əksini
tapmış demək olar ki, bütün novellardan təsadüfü
deyil ki, yüksək bədiilik professionallıq, eyni zamanda
ideya məzmunuyla rastlaşırıq. Kitabın müəllifinin
ilk kitabı olmasına da inanmaq mümkün olmayır. Həcmcə
kiçik novellalarda (onları ədəbi müniatürlər
kimi də dəyərləndirmək mümkündür) zəngin
həyat təcrübəsinə malik ömür
keçirmiş insanın, şəxsiyyətin qəlbinin hərarətini,
insanlara xoşbəxtlik bəxş etmək arzusu
özünü aydın bir şəkildə göstərməkdir.
Müəllifin bütün novellalarını, bir-birinə
bağlayan ana xətti burada ifadəsini tapmış sevgi və
bu müqəddəs hisslə bağlı problemdir. Sevginin hər
yaşda insanı mənən yüksəldə bilən, ona
həqiqi mutluluq gətirən, heç bir şeylə əvəz
olunmayan, ülvi hiss olduğunu maraqlı həyat hadisələri
və yüksək bədiiliklə ifadə edə bilən
müəllif heç bir zaman pessimizmə qapılmır,
ölüm ayağında belə sevgi hissinin insana əvəzsiz
mənəvi bir dayaq da ola biləcəyini sübut etməyə
çalışır. Müəllifin "Bənövşənin
son baharı" adlı novellasında da iki ümidsiz xəstəliyə
düçar olmuş (Məqsud və Bənövşənin)
yaşlı insanın bir-birlərinə olan sevgisi bu
baxımdan olduqca təsirli və real cizgilərlə qələmə
alınmışdır. Əsərin qəhrəmanları
ölüm pəncəsində belə özlərini xoşbəxt
hiss edir, ölümü anlayışla qarşılayır,
heç bir kəsə kin-kudürət bəsləmədən,
onlara əzab-əziyyət vermədən bu dünya ilə
vidalaşmağa qərar verirlər. Onları ölüm pəncəsində
belə mutlu edən müəllifin də haqlı fikirinə
görə bu iki insanın gec də olsa bir-birlərini tapa
bilmələri, daha doğrusu onların bir-birlərinin
simasında anlaşılır, onları bir-birlərinin
yüksək mənəviyyatlarının dərinliklərinə
belə enə bilmələridir. Kitabdakı novellaların əksəriyyətində
biz demək olar ki, tibb sahəsində istifadə olunan terminlərlə
(diaqnoz,palata, cərrahiyə anesteroloq) tədavi ilə əlaqədar
hadisələr ilə rastlaşa bilərik. Əslində, bu
da təbiidir, çünki müəllif uzun bir müddət
müxtəlif xəstəxanalarda, tibb ocaqlarında,
poliklinikalarda çalışmış və təbii ki, bu
sahədə zəngin məlumatlar toplamışdır. Fəqət
bu tibbi terminlərin, prosedurların, hadisələrin
novellalarda öz əksini tapması heç bir vaxt ön plana
keçmir, əksinə əsərin ideya-məzmunun
açılmasına daha gerçək bir şəkildə
oxucularına çatdırılmasına xidmət edə
bilir. Kitabın ilk novellası "İlləri özündə
ehtiva edən gün" də bu meyli açıq bir şəkildə
izləyə bilirik. Əsərdə gəncliyində təmiz,
pak sevgisinə xəyanət edən birisini (Elmarın)
ölüm yatağında taleyin yazısı ilə ikinci dəfə
(birinci dəfə də avtomobil qəzasından sonra bu, o
zaman gənc qız tərəfindən tədavi edilmişdir)
yenə də həmin, artıq yaşa dolmuş həkim
qadının qarşısına çıxması səhnəsi
olduqca dramatik bir təsir hissi bağışlayır. Səhvlərini
etiraf edən Elmarın faciəsi var-dövlətə,
yüngül həyata meyl göstərməsi, namuslu ailə
qura bilməməsi, ozünün də etiraf etdiyi kimi
"günü-gündən özünə qəbir
qazması" ilə bağlı idi. Xəstəxanada
Elmarın ölümü ona olan sevgisini uzun müddət
ürəyində tutan Qönçəni son dərəcə
təsirləndirsə də, onu tamamilə yıxmır, ailəsinə,
uşaqlarına, həyat yoldaşına olan inamı, sevgisi
onu ayaqda saxlayır, insanlara, ailəsinə gərəkli olmaq
arzusunu gücləndirir. Bu əsərdə faciəvi finala rəğmən
güclü bir həyat eşqi, nikbin bir əhval-ruhiyyə
hökm sürməkdədir. Novellalarda vətən eşqi,
dilinə, dininə, torpağına keçmiş sosial-mədəni
irsimizə dərin bir sevgi hissi özünü ifadə etməkdədir.
Fəqət bu mənəvi dəyərlər yenə də
ailə məişət, ümumiyyətlə sevgi münasibətləri
kontekstində həll edilməkdədir. Eyni zamanda müəllif
burada öz vətənpərvərlik duyğularını
doğma xalqına, flora və faunası ilə zəngin
torpağına olan sevgisini bəziləri kimi
şüarçılıq süni pafos və ya zahiri populizm
şəkilində ifadə etmir. Bu fikirləri təcrübəli
bir pedaqoq, mütəxəssis kimi real faktlara və məntiqi
mühakimələrə təməllənərək
yüksək bir bədiiliklə ifadə etməyə
çalışır. Müəllifin "Vətən
haqqında danışaq" adlı novellasında qədim
tarixə malik Azərbaycan torpağının zənginliyi,
insanlarının yüksək mənəviyyatını, vətənpərvərliyini,
beynəlmiləlçiliyini, onun ayrı-ayrı coğrafi
bölgələrinin əvəzsiz gözəllikləri və
zənginlikləri və s. öz ifadəsini tapa bilir. Bu
novella dialoq şəklində İxtiyar nənə ilə
onun nəvəsi arasında gedən canlı söhbət əsasında
əslində Lamiyə xanımın xalqımızın ulu
tarixi keçmişi, mütərəqqi alimləri, yadelli
düşmənlərə qarşı mübarizələri,
ona qarşı olan ədalətsizliklər və s. öz təbii
əksini tapa bilməkdədir. Bu novellada anlayışlı
bir dillə bir çox sosial-mədəni və siyasi problemlərə
də toxunulur, məkrli qonşularımızın
düşmənçilik siyasəti, torpaq zəbt etmək
ehtirasları və vəhşilikləri bu gün üzərinə
çıxılır. Müəllif eyni zamanda
xalqımızı birliyə, dövlətçiliyimizi
qorumağa, tarixi keçmişimizə sahib
çıxmağa çağırır və bu yolda ana
dilinin önəmli rolunu xüsusi olaraq vurğulayır.
Kitabın rus dilində yazılmasına baxmayaraq müəllifin
əsərində əsasən müasir Azərbaycan həqiqətlərini
qələmə alması insanlarımızın adət-ənənələrini,
istək arzularını, davranış mədəniyyətini,
mənəviyyatını və psixologiyasını daxildən
bilməsini kitabın hər səhifəsindən hiss etmək
mümkündür. Ümumiyyətlə, Azərbaycan sevgisi
insanlarımızın mənəvi intellektual tərəqqisi
uğrunda əlindən gələni əsirgəməmək
istəyi kitabın demək olar ki, bütün səhifələrinə
hopmuşdur. Təsadüfi deyil ki, müəllif tez-tez ata
sözlərinə, mədəniyyət tariximizdə layiqli
yer almış mütəfəkkirlərimizin, elm və sənət
adamlarımızın fikirlərinə yaradıcılıqla
müraciət edə bilir, bir daha onların bəşər mədəniyyətinə
olan qatğılarından belə bir geniş şəkildə
söhbət aça bilir. Müəllif haqlı olaraq həqiqi,
şəxsi, fərdi mutluluğu mutlu cəmiyyətdə
axtarır. Mutlu cəmiyyətin sosial - ədalət
qanunlarına uyğun olaraq inkişafını arzu edir. Əsər
tamamilə müasir Azərbaycan sosial mühiti və müxtəlif
yaş qruplarına aid mənəvi-psixoloji həyatını
ifadə etməklə birlikdə müəllif bunun
üçün heç də yalnız yerli sosial-mənəvi
dəyərlərdən faydalanmaqla kifayətlənmir,
dünya mədəniyyəti nümunələrinə fəlsəfi-estetik
dəyərlərinə tanınmış filosof, sənət
adamlarının fikirlərinə belə geniş bir şəkildə
müraciət edə bilir. Bəzi yazarlarımız bəlkə
də milli görünməkdən ötrü tez-tez
tanınmış milli sənət və elm adamlarının
qəhrəmanlarımızın adlarını çəkir,
onların mərifətlərini öyməkdən doymur,
bununla da öz yaradıcılıq missiyalarını
bitmiş hesab edilir. Lamiyə xanımın novellalarını
oxuduğumuz zaman onun əslində belə bir lokal (məhdud)
çərçivədə
çıxdığını görə bilirik. Onun qəhrəmanları
milli mədəniyyətə müraciət etməklə
birlikdə tez-tez dünya mədəniyyəti nümunələrinə,
dünya mütəfəkkirlərinə, sənət
adamlarının fikirlərinə müraciət edə bilir.
Bununla müəllif heç də öz geniş
erudisiyasını nümayiş etdirmək fikrində deyil, zənnimizcə
eyni zamanda müasir azəbaycanlıların,
xalqımızın yüksək intellektual -potensial mədəniyyətini
göstərməyə çalışmaqdadır. Təsadüfi
deyil ki, biz novelladakı qəhrəmanların söhbətlərində
Azərbaycan mütəfəkkirləri ilə birlikdə
Aristotel, Heğel,Ö. Xəyyam, Apollon, P.T de Şarden, Karrel,
M.Qorki, Sarasate kimi isimlərin keçməsinin şahidi
oluruq. Lamiyə xanımın "13 novella" əsəri
böyük həyat təcrübəsi keçmiş bir
istedadlı yazıçının qələmindən
çıxdığını söyləməkdə
heç də çətinlik çəkmirik. Kitabın
böyük tərbiyəvi - dəyişdirici rolunu, bədii-estetik
dəyərini xüsusi olaraq qeyd etmək istərdik.
İnanırıq ki, Lamiyə İsmayılın "13
novella" kitabı oxucularımızın sevgisini qazanacaq.
Onun Azərbaycan dilinə tərcüməsi isə zənnimizcə
oxucularımıza dəyərli bir töhfə verə bilər.
Babək Qurbanov
Ədalət.- 2010.- 7 avqust.- S. 11.