FİRİDUN RÜSTƏMLİ
Firidun Rüstəmli Ermənistanın
Vedi rayonunun Avşar kəndində anadan olmuşdur.Körpəlikdən
el mahnıları ilə böyümüşdür.
Firidungilin ailəsi
1951-ci ildə Azərbaycanın Ağcabədi rayonuna
köçürülmüşdür. 1959-cu ildə orta məktəbi
bitirdikdən sonra ADU-nin filologiya fakültəsində təhsil
almış və oradan məzun olmuşdur.
Həmin ildən
Bakı şəhəri Xətai rayonu 165 saylı orta məktəbdə
müəllim işləmişdir.
1992-2000-ci illərdə
bu məktəbin direktoru olmuşdur. Onun şagirdlərinin səsi
keçmiş Sovet məkanının bir çox guşələrindən
gəlir. (Nə az, nə çox 44 il bu məktəbdə
çalışıb.)
Gənclik illərindən
ədəbi fəaliyyətlə məşğul olub.
İndiyə kimi bir neçə kitabı çıxıb.
NƏ VAXT
Gör nə çətin
zəmanədə
yaşayırıq
Gör nələri-
təhqirləri,
kinli-kinli
baxışları
dərələri,
yoxuşları
çiynimizdə
daşıyırıq.
Torpağımı
ayaqlayan
çörəyimdən
süfrə açan
Şovinistlər-
qəlbi qara neçə
pislər
bəyənməyir
xalqı, dili
Gör kimlərə əlaltıdır-
Nizaminin,
Nəsiminin,
Füzulinin
qadir eli.
Bəs nə zaman
Oyanacaq milyonlarla yuxulular
Nə vaxt,nə vaxt
qeyrət atın minəcəkdir
axı onlar?
***
Bu yalanlar
hardan doğur, ay Allah
Qıpqırmızı
söyləyirlər üzümə.
Qəlbim,ağlım xəcalətdən
çəkir ah
Utanmadan onlar baxır
gözümə.
Dünya olur gözlərimdə
baş-ayaq
Yaşamaq da beş qəpiyə
dəyməyir.
Bil əmr etmək
mümkün deyil bu sayaq
Bir qurd kimi yalan
qəlbi çeynəyir.
Qəbir qazma nə
özünə,nə mənə
Qeyrətli ol,kişi kimi de sözü.
Qulluq etmə
yalan adlı bir dinə
Səni dartır qeyrətsizlik lap
özü.
***
Didərgin
düşmüşəm evdən-eşikdən
Ürəyim
yapışmır heç nəyə evdə.
Mənə elə gəlir doğrusu hərdən
Tap-tamam bezibdir mənən bu ev də.
Arvad zəhlətökən,
uşaqlar soyuq,
Mən ki,
uşaqlarçün çürütdüm ömrü
Gəzirəm səfiltək
yuxulu-ayıq,
Bu da bir talemi, bir
ömürmü?
Gecə sakitliyi,
gündüz təkliyi
Qovuşub yaşayar
xatirələrdə.
Qaçar həmişəlik
ürək bərkliyi
O ağlayar bir də,
inləyər bir də.
Həmdəm axtarmaq da
bezdirib məni
Gözəllər vəfasız,
gözəllər nadan.
Onlar təsdiqləyir
tale deyəni
Kiçik ürəklərdə
dahilik hardan!
Öz yazıq, öz
nakam dərdim-sərimlə,
Beləcə
ömrümü vururam başa.
Qəlbin bir
parçası nəğmələrimlə
Açıram qəlbimi
dosta, yoldaşa.
Hərdən nifrət
edib özümə bir an,
Deyirəm: bu nədir,
bu dərdi-sərdir
Kiçik istəklərdən,
kiçik arzudan.
Yaranan əsər də,
nə bir əsərdir.
Vətəndən,
torpaqdan, eldən yazaq ki,
Qəflətdə qalxanlar
oyansın bir an!
Gücünü itirən
dildən yazaq ki!
İnsanlar bir ibrət götürsün
bundan!
Sözdən məlhəm
qoyan xəstə qəlblərə,
Necə
yaşamağı anlasın onlar
İgid yaşayanlar
yaşar min kərə
Ölümdən
qorxanı danlasın onlar.
Məni harayla
Dünya nağıl
olub nağıllaşanda
Dünya ağıl olub
ağıllaşanda
Nəğmələr
ürəkdə izlər açandan
Ümidlər bir
anlıq işıq saçanda
Eşq dilə gələndə
sarı sim kimi
Məni axtararsan bir həmdən kimi?
Ola biləcəmmi
dostun, həmdəmin.
Mənə
çatacaqmı sevincin, qəmin
Pak bir dostluq
üçün xəyala dalsan,
Nəcib insanları
yadına salsan
Məni harayla.
Fəryad eyləyəndə
bir yas yerində
Bir çətin dəqiqə
olarsa kimdə
Məni harayla
Sevgi yollarına
çıxsan nə vaxtsa
Kiminsə
ömrümün günəşi batsa
Məni harayla.
Ümidə, fəryada
dönsən, əzizim,
Ümidsiz, fəryadsız
sönsən, əzizim
Məni harayla.
Analar dünyadan köç eləyəndə
Kimlərə
qıymadı bu zalım zaman
Beləcə nainsaf
olubdur cahan.
Gəl ibrət elə sən
bundan, ey insan
Analar dünyadan
köç eləyəndə
Fəryadam, fəryadlar
dilə gələndə.
Dünyada nə varsa
susar bir anlıq
Çökər talelərə
zülmət, qaranlıq.
Günəşsiz,
ulduzsuz nə firavanlıq
Analar dünyadan
köç eləyəndə
Sızlayıb
ağlaram hamı tək mən də.
Gözlər bulaq olar,
sifətlər bulud
Ürəklər lal
dünya, ürəklər sükut...
Bu bəşəri dərdi
kim deyər unut
Analar dünyadan
köç eləyəndə
Zülmət hakim olar
şəhərə, kəndə.
Ömür gedir...
Ömür gedir axar su tək,
zaman kimi
Ağrılarsa məskən
edib ürəyimi.
Suallar var -
cavabını tapammıram.
Arzular var - bax onlardan
qopammıram.
Gözlərimdə
gözlərinin həsrəti var
İndi ancaq
ağrıların nisbəti var.
Fəryadlarım indi həzin
neyə dönüb.
Yaddan çıxmır
ancaq gülüm, söz-söhbətim.
Dediyin tək: "O
uğursuz səadətin".
Xatirəyə
çevrilmiş inamların
O zamanlar, eh, mən idim
varın-karın
O zamanlar
bir ürəkdik, bir ney idik.
Badələrə doldurulmuş
bir mey idik.
Azca içdim, dodağımda
tamı qalıb
Ürəyimin
çoxlu-çoxlu kamı qalıb
Mən sevginlə,
eşqin ilə yaşayıram.
Beləcə də
ömür edəcəm nə ki varam.
Bəs sən,
gözüm, bəs sən necə yaşayırsan
Doğrudanmı dəyişdirdi
səni dövran?
Dağlar başı çənli idi
Dağlar başı
duman olar,
Yar, həsrətin yaman
olar...
Bir mahnıdan
Dağlar başı
çənli idi, duman idi
Həsrətlərin bu
anlarda yaman idi,
O yol idi, o yer idi, o
yamacdı
Hər yer yenə bahar
donu geyinmişdi
Ancaq hər şey bir-birinə dəyinmişdi.
Elə bil ki, dərə
dağa borclu idi.
Elə bil ki, gül
budağa borclu idi.
Küsüşmüşdü
bir-birindən hər şey burda
Elə bil ki, dağlar
darda, bahar darda.
Çiskin
yağış yoxluğundan ağlayırdı...
Sanki göylər belə
duydum, andım təbiəti
Uyutdum bir yetim
qalmış məhəbbəti.
Dağlar başı
çətin idi, duman idi
Həsrətlərin bu anlarda yaman
idi.
Dünya hərəmizi bir cür bağışlar
Eh hamı razıdır
ağıl-huşundan
Guya başa
düşür hamı, hər şeyi
Görmədim
ağıldan narazı insan
Təslim etmək
çətin adi bir keyi.
Hamı
ağıllısa, hamı nəcibsə,
bəs pislik, gicliklər,
törənir nədən?
Yaxşılıq edəndə
bizdən bir kəsə,
Artıq gözləyirik
yaxşılıq həmən.
Dünya
doğmamızdır, yaxşılı-pisli
Çalışaq
çoxalsın orda yaxşılar,
Dünya mənalıdır
dumanlı-sisli.
Dünya hərəmizi
bir cür bağışlar.
Ədalət.- 2010.- 13 avqust.- S. 4.