Pozulan sükut

 

Camal Zeynaloğlunun "Tanrı cəzası" kitabı

 

Yazıçı dostum Camal Zeynaloğlu böyük istedad səbr sahibidi. Düz 10 il idi ki, oxucularını intizarda saxlayırdı. Nəhayət ki, sükutu pozdu. Sayca beşinci kitabını- "Tanrı cəzası" oxucularının ixtiyarına verdi.

 

Tanıtdıran tərcüməçi

 

Camal Zeynaloğlunun istedad sahibi olduğunu ilk cümlədə təsadüfən vurğulamadım. O, istedadını tərcümə sahəsində sübut edib. Təkcə yazıçı kimi deyil, həm peşəkar tərcüməçi kimi tanınmağı bacarıb, bu sahədə yetərincə uğur qazanıb. 1980-ci ildən başlayaraq ingilis alman dillərində yazılan xeyli bədii əsəri dilimizə çevirib. Dünya ədəbiyyatına şedevrlər bəxş edən Ernest Heminqueyin, Aqata Kristinin, Konan Doylun, Somerset Moemin, Cek Londonun bəzi qəhrəmanlarını dilimizdə məhz Camal Zeynaloğlu "danışdırıb". Tərcümə etdiyi əsərlərin tam siyahısı isə belədi- "Bir milyon dollarlıq istiqrazın oğurlanması", "Baş nazirin oğurlanması" (Aqata Kristi), "Qırmızı general" (Villi Bredel), "Brilyant tac", "Göy yaqut" (Konan Doyl), "Məhəbbət" (Cessi Stuart), "İki veronalı" (A.Kroni), "Filippinli sərxoş" (Uilyam Saroya), "Muzdlu tərəfdaşlar" (Somerset Moem), "Qatillər" (Ernest Heminquey), "Meksikalı" (Cek London). Oxucuları bu tərcümələrlə dövrü mətbuat, o cümlədən, "Dünya" və "Mütərcim" jurnalları vasitəsilə tanış ola biliblər.

 

Tanınan yazıçı

 

Dünya klassiklərinin əsərlərini uğurla tərcümə etməklə yanaşı, Camal Zeynaloğlu qələmini bir yazıçı kimi sınayıb. Artıq oxuculara ünvanlanan beş kitabı var. Təbii ki, söhbət burda saydan, kəmiyyətdən yox, keyfiyyətdən gedir. Gündəlik həyatda, çalışdığı sahədə olduqca tələbkar olan Camal dostumuz kəmiyyətə üstünlük verib bəlkə də daha çox yaza bilərdi. Yaxşı ki, bu yolu seçməyib. Daha keyfiyyətli əsərə imza atmaq üçün bayaq xatırlatdığım kimi, hətta 10 il fasilə verməyi də bacarıb.

Camal Zeynaloğlunun "Uğursuz nigah" (1998), "Məni qınamayın"(1998). "Qanlı fevral gecəsi" (1999) və "Ölümlə üz-üzə" (2000) kitabları, bu kitablarda toplanan əsərlər öz oxucularını tapıb. Bu məsələdən yazıçı dostumuz arxayın ola bilər.

 

Yazıçını tanıtdıran

 

"Camal Zeynaloğlunun bu kitabda toplanmış povest hekayələri yığcam, lakonik şəkildə yazılmış, sanki bu keşməkeşli həyatımızda bir parça çörək dalınca qaçan oxucunun vaxtını səbrini nəzərə almışdır... Buna görə o bu povestlərə vətəndaş mövqeyi milli qeyrətlə, ürək yanğısı ilə qəlbini qoymuş, portretini yaratdığı qəhrəmanların psixolojisini, ağrılarını, düşüncələrini özünəməxsus xırdalıqlarla, sözün rəngarəng boyaları ilə oxucusuna çatdıra bilmişdir. Camal qəhrəmanlarının çoxusunu şəxsən tanıyır. Onlarla dostluq edir. Duz-çörək kəsir. Dərd-sərini bölüşür.

... Oxucu onun əsərlərində günümüzün dərd-sərinə çevrilmiş yuxarıda atüstü sadaladığımız problemləri öz məsələsinə, öz iç işinə çevirir...

... Camalın povestlərindəki dünya malına gözücu belə baxmayanlar, mənəviyyat atının belində özünü kişi kimi aparanlar üçünsə doyunca sevinmək var. Utanmaq yoxdur"...

Bu fikirlər isə "Tanrı cəzası" kitabına Xeyrulla Balaxanlının yazdığı "Ön söz"dəndi.

Yazıçını tanıtdıran onun əsərləri qəhrəmanlarıdı. Camal Zeynaloğlunun "Tanrı cəzası", "Həsrətin sonu", "Qaniçənlər", "Acı tale" və "Məni qınamayın" povestlərindəki, "İnam", "Qul bazarında". "Son görüş", "Güllü yorğan" hekayələrində təsvir olunan hadisələr, oradakı qəhrəmanlar sizi düşündürəcək. "Qardaş yanğısı"na biganə qala bilməyəcəksiz.

Camal Zeynaloğlunun "Səda" nəşriyyatında yeni çapdan çıxan "Tanrı cəzası" yazıçı dostumuzun sizlərlə həmsöhbət olmaq üçün növbəti fürsətidi. İnşallah sonuncu kitabı deyil.

  

  

Etibar CƏBRAYILOĞLU

 

Ədalət.- 2010.- 20 avqust.- S. 4.