Biz niyə xəstələnirik və yaxud
xəstəliklər nədən
yaranır?
Elnarə Əliyeva hesab edir ki, hər bir insan gün ərzində
yediyi yeməklərə kənardan baxsa, o zaman belə bir
formada qidanın mədə-bağırsaqları
üçün nə qədər ziyanlı olduğunu
görər
İnsan orqanizmində xəstəliklərin
baş qaldırmasının əsas səbəbini qidalanmada
görən həkimlərin passientlərə yalnız bir
tövsiyyəsi olur: sağlam qidalanma rejiminə əməl
etmək, onu həyat amalına çevirmək. Əgər
belə olarsa, o zaman xəstəliklərin səviyyəsi də
gün-gündən artmaz və insanlar onu vaxtsız yaxalayan
arzuolunmaz azar-bezardan uzaq olar. Amma nə fayda ki, həkimlərin
məsləhətinə əməl olunmur. Son nəticədə
ağır bəlaya düçar olub, həkimlərdən
çarə diləyənlərin sayı durmadan artır.
Sağlamlığın
birinci şərtini düzgün qida rejiminə əməl
etməkdə görən təbiblər həm də orqanizmi
həddən artıq acdırmağın da tərəfdarı
deyillər. Çünki həddən ziyadə acmış
orqanizmə qidanın daxil olunmasında da insanlar böyük
yanlışdıqlara yol verirlər. Böyük əksəriyyət
acdığı zaman yalnız mədəsini doydurmaq
haqqında düşünür ki, bu da nəticədə
orqanizmidə bir sıra xəstəliklərin yaranmasına gətirib
çıxarır. Hətta ən ağır xəstəliyə
məruz qalan şəxslər belə bir çox hallarda nə
yediyinin, necə yediyinin fərqinə varmır. Bununla xəstəliyinin
bir qədər də şiddətlənməsinə
yardımçı olur.
Son illər əksər
mütəxəssislər insan orqanizmində xəstəliklərin
artmasının digər bir yaradıcısının da
parazitlər olduğunu xüsusilə qeyd edirlər. Bir
sıra xəstəliklərin baş qaldırmasında əsas
rol oynayan parazitlərin fəaliyyəti səbəbindən həm
də insanın yaşamasında başlıca faktor olan
qanın qidalandırma prosesi də öz funksiyasını
itirmiş olur. Qan çatışmamazlığının
qarşısının alınması məqsədilə tətbiq
olunan müxtəlif vasitələrin də hansısa səmərəsi
olmur. İnsan orqanizmində özünə dərin kök
salan parazitlər tərəfindən qanın sorulması onun
fəaliyyətini iflic edir.
Məsələyə
aydınlıq gətirən Medi-Lux tibb mərkəzinin həkim-qastroentoloqu
Elnarə Əliyeva da həmkarlarının qənaətini
bölüşür. Onun sözlərinə görə həddən
artıq acmış mədəyə yemək verilərkən
insanlar bir çox şeyləri diqqətə
almalıdır: "Bizim dəfələrlə rast gəldiyimiz
bir hal var. Hər birimiz ac olarkən hiss etmişik ki, bir qədər
sonra mədəmiz bizdən ciddi şəkildə yemək tələb
edir. Belə olan halda insan orqanizminin qidaya o dərəcədə
ehtiyacı olur ki, o artıq nə yediyini
düşünmür. Yalnız o, mədəsini
doydurmağı düşünür ki, bu da olduqca
yanlışdır. Hətta dində də göstərilir
ki, mədəni qurd kimi ac saxlamaq lazım deyil. Orqanizm
qidalanmaya ehtiyac duyduğu zaman qidalanmaq lazımdır.
Vaxtın yoxluğunu bəhanə edib nə yeyim deyil, necə
yeyim ki, tez mədəm dolsun düşüncəsi ilə
yaşamaq olmaz. Digər bir tərəfdən də
hamımız su, meyvə qəbul etmədən
əksər hallarda birbaşa qidalanmaya
başlanıldığının şahidi oluruq. Bu halda
çox ac olan mədənin doldurulması prosesi gedir ki, o da
artıq xəstəliklərin baş verməsinə şərait
yaradır".
Qidalanmadan dərhal sonra
və yaxud da qidalanərkən su, mineral içkilərin qəbulunun
məqbul sayılmadığını vurğulayan həkimin
fikrincə, bu zaman da insan özünün xəstələnməsinə
yol açır: "Əksəriyyət yemək yedikdən
dərhal sonra "suya tələbatım var",- deyib
üstündən soyuq su, çay, qəhvə içir. Həmçinin
şokalad və bir çox digər qidalar qəbul edir. Bir məqama
diqqət yetirim ki, ərəblər ümumiyyətlə,
soyuq yeməklərlə isti, isti yeməklərlə soyuq
içkilərin qəbulunun yolverilməz olduğunu bildirirlər.
Amma biz buna da riayət etmirik. Biz isti yeməklərin
ardınca mütləq bir soyuq içki qəbul edirik. Hər
bir insan gün ərzində yediyi yeməkləri bir qabın
içərisinə doldurub, sonra kənardan ona baxsa, o zaman nə
qədər iyrənc bir şeyin alındığını
görər. Eyni zamanda da belə bir formada qidanın mədə-bağırsaqları
üçün nə qədər ziyanlı olduğunu
görər. Bir-birinə əks yeməklər mədəyə
verilir ki, onların da hər biri mədədən ixrac
olunduğu zaman özünə yol axtarır, biri, digərin
itələyir. Su sovrulmaq, mədədə əlavə bir
tıxac yaradan şirniyyat isə keçmək istəyir,
ancaq onlar üçün şərait yoxdur. İkinci bir məqam
da qidalanma zamanı düzgün çeynənməmiş
şəkildə möhtəviyyatın mədəyə
verilməsi, mədənin yükünü birə-beş
artırır, daha da ağırlaşdırır. Təsəvvür
edin ki, mədədə bir daş parçası sağa-sola
hərəkət edir. Mədəmiz isə sadəcə bir ət
parçasıdır. Həmin ağır çeynənməmiş
qidalar hər dəfə mədəyə veriləndə mədənin
əzələ qatını, selikli qişasını
sürtməyə başlayır. Nəticədə
qızartılar, həzmsizlik əmələ gəlir".
Onu da qeyd edək ki, həkimlər sağlam orqanizmə malik
olma yollarından birinin də vaxtında yemək və
axşam saatlarında yeməkdən imtana etməkdə
görürlər. "Belə bir termin var ki, qaraciyər
axşam saat 11-dən sonra yemək qəbul edilməsini istəmir.
Qaraciyərimiz bizim laboratoriyamızdır və demək olar
ki, bütün proseslər də oradan keçir"-deyən
E.Əliyeva bildirir ki, ən gec axşam saat 11-də qida qəbul
etmək olar: "Axşam saat 11-dən sonra qida qəbul edən
insanlar səhər yuxudan ayıla bilmirlər və tənbəllikdən, durduqları halda
isə halsız olmalarından şikayət edirlər. Bu da təsadüfi
deyil. Fizikanın qanunu var ki, bir şey işləyəndə
digəri dayanır. Amma biz orqanizmimizi daim oyaq vəziyyətdə saxlayırıq, onu
dincəltməklə aramız yoxdur. Üçüncü
şərtimiz mütləq orqanizmimizi dincəlmək
üçün ona şərait yaratmaqdır. Allah
axşamları ona görə yaradıb ki, orqanizmimizin hər
biri normal dincəlsin. Biz ona görə də axşamlar
orqanizmimizə əlavə qida göndərməməliyik. Hər
bir insan düzgün qidalanmaya niyə əməl etmədiyi
sualını özünə versə və ona riayət etməyə
başlasa, o zaman nə xəstələnəcək, nə də
nədənsə şikayət edəcək. Həkimlərin
də əksəriyyəti yalnız məsləhət verməklə
kifayətlənirlər, özləri ona əməl etmirlər.
Amma bizim klinikada hər birimiz ona əməl edirik və onun nəticəsini
gördüyümüzdən də passientlərə məsləhət
veririk".
Həkim onu da məsləhət bilir ki, hər bir şeyi yeməmişdən öncə onu niyə yediyimiz haqqında düşünməliyik. Bu halda qidalar zərərli deyil, daha xeyirli vasitə olaraq orqanizmdə sovrulmağa başlayır. Nəticəsi də müsbət olur.
Gültəkin
Ədalət.- 2010.- 27 vaqust.- S. 3.